• İSİM-də “21 sentyabr - Beynəlxalq Sülh Günü”nə həsr edilmiş tədbir keçirildi
  • “Ümumdünya ana südü ilə qidalandırma həftəsi” qeyd olundu
  • “28 iyul – Ümumdünya Hepatit Günü”nə həsr olunmuş mətbuat konfransı keçirildi
  • İSİM-in nümayəndəsi Aşqabadda keçirilən elmi-praktik konfransda iştirak etdi
  • İSİM-də “Neonatal reanimasiya” üzrə təlim təşkil edildi
  • İSİM-də “31 May 2018-ci il: Ümumdünya Tütünsüz Gününün 30 illik yubileyi” mövzusunda Kütləvi İnformasiya Vasitələrinin iştirakı ilə dəyirmi masa keçirildi
  • İSİM-də “Kliniki Qərara Dəstək Təlim Təşəbbüsü” layihəsinin nailiyyətlərinə həsr olunmuş konfrans təşkil olundu
  • İSİM işə qəbul elan edir. Vakansiyalarla burada tanış ola bilərsiniz!

XƏBƏRLƏR bütün xəbərlər

3 NOYABR 2009

"Qeyri-infeksion xəstəliklərə dair vəziyyətin təhlili" SEMİNAR

3-4 noyabr 2009-cu il tarixlərində Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) “Qeyri-infeksion xəstəliklərə dair vəziyyətin təhlili”nə həsr edilmiş seminar keçirildi. Tədbirdə Səhiyyə Nazirliyinin, dövlət, beynəlxalq və qeyri-hökumət təşkilatlarının səhiyyə üzrə mütəxəssisləri və nümayəndələri, ÜST-nin beynəlxalq ekspertləri iştirak etdilər. Seminarda Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan üzrə ölkə ofisinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə birgə keçirdiyi “Azərbaycanda qeyri-infeksion xəstəliklərlə dair vəziyyətin təhlili” layihəsinin yekun nəticələri açıqlandı, bu sahədə aparıcı mütəxəssislərin çıxışları dinlənildi və irəli gələn məsələlər ətrafında müzakirələr aparıldı.

Seminarda xüsusi vurğulandı ki, qeyri-infeksion xəstəliklərin səbəbləri və onlarla effektli mübarizə üsulları barədə məlumatların kifayət qədər olmasına baxmayaraq, bu biliklərin təcrübədə istifadə olunması və cəmiyyətin bütün təbəqələrinin həyata keçirilən tədbirlərdən faydalanması üçün hələ bir çox işlər görülməlidir. Tədbirin sonunda seminar iştirakçıları ÜST-nin ekspertlərinin rəyini nəzərə alaraq ölkədə qeyri-infeksion xəstəliklərə qarşı milli proqramın tərtib etdirilməsinin zəruriliyini qeyd etdilər və bununla bağlı öz təkliflərini bildirdilər.