“Tütünlə Mübarizə Sahəsində Liderlik və İdarəetmə” mövzusunda təlim | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Şirvan şəhərində 14 İyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş tədbir və qanvermə aksiyası keçirilib
  • Xətai rayonu 2 saylı uşaq poliklinikasında Ümumdünya İmmunlaşdırma Həftəsi çərçivəsində tədbirlər təşkil olunub
  • Ahıl şəxslər üçün profilaktik tibbi müayinələr təşkil olunub
  • Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş sərgi və tədbir keçirilib
  • 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib
  • “Sağlam uşaq” mobil tətbiqi uşaqların sağlamlığı ilə bağlı faydalı məlumatlar əldə etməyə imkan verir
  • Ümumdünya Diabetlə Mübarizə Gününə həsr edilmiş tədbir təşkil olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) STEPS metodologiyası əsasında ölkəmizdə sorğu-tədqiqat həyata keçirilir.
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Suraxanıda “Sağlam ailə – sağlam gələcək” mövzusunda tədbir keçirilib

XƏBƏRLƏR bütün xəbərlər

10 FEVRAL 2010

“Tütünlə Mübarizə Sahəsində Liderlik və İdarəetmə” mövzusunda təlim

08-09 fevral 2010-cu il tarixlərində Blumberq Təşəbbüsü Fondu tərəfindən maliyyələşdirilən “Azərbaycanda Tütünlə Mübarizə üzrə Milli Strategiyanın Hazırlanması” layihəsi çərçivəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində “Tütünlə Mübarizə Sahəsində Liderlik və İdarəetmə” mövzusunda iki günlük təlim keçirildi.

Tədbirdə təlimçi kimi ÜST-nin Türkiyə Tütünlə Mübarizə üzrə Milli Proqramın məsul əməkdaşı doktor Toker Erguder çıxış edirdi.

Təlimin birinci günü iştirakçılar tütünlə mübarizə sahəsində Türkiyə Respublikasının təcrübəsi ilə tanış oldular. Növbəti gün yuxarıda göstərilən sahədə fəaliyyət üçün bacarıqlar tədris olundu və praktiki tapşırıqlar yerinə yetirildi.

Təlimlərdə Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Ədliyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyinin və İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatının nümayəndələri iştirak edirdilər.

Təlimin sonunda iştirakçılar sertifikatlarla təltif olundular.