ABŞ mütəxəssisi tərəfindən palliativ qulluq üzrə seminarlar keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

21 YANVAR 2010

ABŞ mütəxəssisi tərəfindən palliativ qulluq üzrə seminarlar keçirildi

Seminarlar Nyu-Yorkdakı Açıq Cəmiyyət İnstitutu-Yardım Fondunun Palliativ Yardım üzrə məsləhətçisi, Londondakı Beynəlxalq Palliativ Yardım Alyansının Baş rəhbəri, fəlsəfə elmləri doktoru Stefan Konnor tərəfindən yanvarın 21-də İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) keçirildi.

“Palliativ Yardıma Giriş” mövzusunda keçirilmiş seminarda İSİM-in əməkdaşları və Səhiyyə Nazirliyinin Səhiyyə Sektorunda İslahatlar Layihəsi çərçivəsində Azərbaycandan Türkiyənin Hacı Təpə Universitetində ailə təbabəti üzrə təlim keçmiş bir qrup tibb bacısı, “Azərbaycanda Palliativ Xidmətin İnkişafı” mövzusunda keçirilmiş seminarda isə İSİM-in, Azərbaycan Açıq Cəmiyyət İnstitutu-Yardım Fondunun, Səhiyyə Nazirliyinin Səhiyyə Sektorunda İslahatlar Layihəsinin, Sumqayıt Rayonlararası Onkoloji Dispanserinin, Respublika QİÇS-lə Mübarizə Mərkəzinin, AİDS-lə Mübarizə İctimai Birliyinin, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayəndələri, o cümlədən həkim, sosioloq, psixoloq və hüquqşünaslar iştirak etdilər.

Seminarlarda palliativ yardımın əsaslarını təşkil edən ağrı və simptomların idarə olunması, pasiyentlərə qulluq, o cümlədən pasiyentlərə və onların qohumlarına psixoloji dəstəyin verilməsi və digər mühüm məsələlər açıqlandı. Eləcə də palliativ yardım xidmətinin dünyada və Azərbaycanda inkişafı, mövcud problemlər və həlli yolları, ölkədə bu sahədə aparılan işlər və inkişaf perspektivləri müzakirə olundu. Təqdimatlar interaktiv şəkildə keçirildi və iştirakçılar tərəfindən böyük maraqla qarşılandı.

Bu, xarici ekspertin Açıq Cəmiyyət İnstitutu-Yardım Fondunun “Azərbaycan Respublikasında Palliativ Xidmətin İnkişafi” layihəsi çərçivəsində Azərbaycana artıq ikinci səfəridir ki, bu dəfə Stefan Konnor ölkəmizdə palliativ xidmətin inkişafında müsbət rol oynayacaq bir sıra qurumların səlahiyyətli nümayəndələri ilə görüş keçirdi. Görüşlər zamanı Sumqayıt Rayonlararası Onkoloji Dispanserinin bazasında onkoloji xəstələrə palliativ yardımın göstərilməsi üçün nəzərdə tutulmuş Pilot Layihəsi ətrafında danışıqlar da aparıldı.

Məlum olduğu kimi 30 aprel 2008-ci il tarixdə İSİM, Açıq Cəmiyyət İnstitutu-Yardım Fondu, Beynəlxalq Palliativ Qulluq Təşəbbüsü Proqramı və Respublika QİÇS-lə Mübarizə Mərkəzinin təşəbbüsü ilə “Azərbaycan Respublikasında Palliativ Qulluğun İnkişaf Perspektivləri” mövzusunda dəyirmi masa təşkil edilmişdir. O zaman müxtəlif dövlət, beynəlxalq və yerli qeyri-hökumət təşkilatlarını təmsil edən dəyirmi masa iştirakçılarının yekdil qənaəti ilə müvafiq qanunvericilik aktlarının və icra mexanizmlərinin işlənilməsi də daxil olmaqla, bir sıra təkliflər, o cümlədən Palliativ Xidmət Siyasətinin formalaşdırılması, aidiyyəti təşkilatların nümayəndələrinin iştirakı ilə bu sahəyə dair müvafiq tövsiyələrin hazırlanması üzrə təkliflər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə təqdim edilmiş və qısa müddətdə İSİM tərəfindən bu işin təşkil olunmasına dəstək verilmişdir. İSİM və Açıq Cəmiyyət İnstitutu-Yardım Fondunun bu istiqamətdə birgə fəaliyyəti nəticəsində “Azərbaycan Respublikasında Palliativ Xidmət Siyasəti” sənədinin ilkin variantı hazırlanmışdır.

Hal-hazırda palliativ xidmətin inkişafına və gələcəkdə onun Milli Səhiyyə Sisteminə inteqrasiyası və davamlı palliativ xidmətin fəaliyyət göstərməsi məqsədi ilə digər sənədlərin, o cümlədən “Azərbaycanda Palliativ Xidmətin inkişafına dair metodiki tövsiyə”nin hazırlanması üçün müvafiq təşkilatların, o cümlədən İSİM-in nümayəndələrindən ibarət işçi qrup yaradılaraq fəaliyyət göstərilir.