• “Ümumdünya ana südü ilə qidalandırma həftəsi” qeyd olundu
  • “28 iyul – Ümumdünya Hepatit Günü”nə həsr olunmuş mətbuat konfransı keçirildi
  • İSİM-in nümayəndəsi Aşqabadda keçirilən elmi-praktik konfransda iştirak etdi
  • İSİM-də “Neonatal reanimasiya” üzrə təlim təşkil edildi
  • İSİM-də “31 May 2018-ci il: Ümumdünya Tütünsüz Gününün 30 illik yubileyi” mövzusunda Kütləvi İnformasiya Vasitələrinin iştirakı ilə dəyirmi masa keçirildi
  • İSİM-də “Kliniki Qərara Dəstək Təlim Təşəbbüsü” layihəsinin nailiyyətlərinə həsr olunmuş konfrans təşkil olundu
  • İSİM işə qəbul elan edir. Vakansiyalarla burada tanış ola bilərsiniz!

XƏBƏRLƏR bütün xəbərlər

10 FEVRAL 2009

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi, IFMSA-nın (International Federation of Medical Students Assosiations) Türkiyə nümayəndəliyi və UNFPA/Y-Peer təşkilatının dəstəyi ilə «Həkimlər və Təbib Tələbələr İctimai Birliyi» (AzerMDS) “HIV/AIDS və Reproduktiv Sağlamlıq üzrə həmyaşıd təlimçilər üçün təlim” proqramını həyata keçirmişdir.

Təlim 2 fevral 2009-cu il, Gənclər günündə Bakıda, “Buta” Gənclərə Dostluq Klinik Sağlamlıq Mərkəzində başlanmış, fevralın 6-dək davam etmişdir.
Təlimin keçirilməsinə zərurət HIV/AIDS-in, eləcə də digər cinsi yolla yoluxan xəstəliklərin gənclər arasında yayılma riskinin yüksək olmasından irəli gəlir. Bunun əsas səbəblərindən biri gənclər arasında reproduktiv sağlamlıqla bağlı biliklərin lazımi səviyyədə olmamasıdır. Reproduktiv sağlamlıq biliklərinin gənclər arasında yayılmasının sınanmış yolu əsaslı maarif işinin təşkilidir. Bu sahədə əldə edilmiş təcrübə göstərir ki, ən effektli maarif üsulu həmyaşıdlar vasitəsilə aparılan maarif işidir. Bu maarif üsulunun əsas üstünlüyü odur ki, insanlar məlumatı etibar etdiyi, onunla oxşar dünyagörüşünə, maraqlara malik olan şəxslərdən alır.
Tədbir gələcəkdə təlimçi olaraq fəaliyyət göstərmək arzusunda olan gənclər üçün nəzərdə tutulmuşdur. Bu məqsədlə təlim zamanı Türkiyənin və Y-Peer Azərbaycan təşkilatının təlimçiləri, həmçinin Respublika QİÇS-lə Mübarizə Mərkəzinin mütəxəssisi tərəfindən 20 nəfər təlimçi hazırlandı.