• “Tütündən imtina et” mobil aplikasiyasının təqdimatına və Azərbaycanda tütünlə mübarizə qanunvericiliyinin təkmilləşdirilməsinə həsr olunmuş dəyirmi masa keçirildi
  • İSİM-də “Səhiyyə sistemində islahatların idarə edilməsi. Səhiyyə iqtisadiyyatı”mövzusu üzrə təlim təşkil olundu
  • Sübutlara Əsaslanan Tibbi Təlimatlar (Evidence-Based Medicine Guidelines) - www.ebmg.az portalının açılışı oldu
  • “Hemofiliyada multidissiplinar yanaşma” mövzusunda elmi-praktik seminar keçirildi
  • İSİM, REM və İtaliyanın Barometer Diabet Müşahidə Fondu arasında əməkdaşlıq haqqında sənəd imzalanıb
  • Astanada İlkin Səhiyyə Xidməti üzrə Qlobal Konfrans keçirildi
  • Sübutlara əsaslanan tibbi təlimatlar Azərbaycan dilinə tərcümə olunacaq
  • Davamlı Tibbi Təhsilin tətbiqi ilə bağlı maarifləndirici toplantı keçirildi
  • Körpələri ana südü ilə qidalandırmanın təbliğinə həsr olunmuş dəyirmi masa keçirildi
  • Azərbaycanda 1-7 oktyabr “Ana südü ilə qidalandırma” həftəsinin başlaması ilə bağlı brifinq keçirildi

XƏBƏRLƏR bütün xəbərlər

6 AVQUST 2008

İSİM-də “Kommunikasiya materiallarının hazırlanması və Media kampaniyanın idarə olunması” mövzusunda seminar keçirildi

5 avqust 2008-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) USAİD-in İlkin Səhiyyə Xidmətlərinin Gücləndirilməsi Layihəsi tərəfindən “Kommunikasiya materiallarının hazırlanması və Media kampaniyanın idarə olunması” mövzusunda seminar keçirildi. Seminarda USAİD, Azərbaycan Qırmızı Xaç Cəmiyyəti, Azərbaycan Qızıl Aypara Cəmiyyəti, Vişnevskaya-Rostropoviç Fondu, Səhiyyə Sektorunda İslahatlar Layihəsinin, “Sağlamlığa Çağrış” Alyansının, İSİM və KİV əməkdaşları iştirak edirdilər. İlkin Səhiyyə Xidmətlərinin Gücləndirilməsi Layihəsinin rəhbəri Olqa Zues və ACQUİRE Azərbycan Layihəsinin (Ailə Planlaşdırılması və Reproduktiv Sağlamlıq Layihəsi) icraçı direktoru Mövcudə Babamuradova seminarda qonaq qismində iştirak edirdilər.

Seminarın keçirilməsində məqsəd Azərbaycanda səhiyyə sektorunda fəaliyyət göstərən beynəlxalq təşkilatların, yerli QHT-lərin, KİV nümayəndələrinin kommunikasiya materiallarının hazırlanması və media kampaniyalraın idarəolunması sahəsində bilik və bacarıqlarının artırılması, onlara bu sahədəki qabaqcıl dünya təcrübəsi barədə məlumat vermək idi.

Seminarda təlimçi qismində İlkin Səhiyyə Xidmətlərinin Gücləndirilməsi Layihəsinin kommunikasiya üzrə meneceri Cəmilə Əzizova və İSİM-in KİV və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Nurlan Əliyev çıxış edirdilər. ACQUİRE Azərbycan Layihəsinin səhiyyə kommunikasiyası üzrə meneceri Ariel Ahart da iştirakçıları öz təcrübəsi ilə tanış etdi.

Təlim zamanı təlimçilər iştirakçılara “Səhiyyə Kommunikasiyasına giriş”, “Analiz”, “Auditoriyanın seqmentlərə bölünməsi”, “Kommunikasiya metodları”, “Materialların hazırlanması”, “Qiymətləndirmə” mövzularında prezentasiyalar təqdim etdilər. Seniraın gündəliyində nəzərdə tutulduğu kimi iştirakçılar üç qrupa bölünərək Azərbaycanda reproduktiv sağlamlıq, vərəm və HİV ilə bağlı media kampaniyalar hazırlamağı sınaqdan keçirdilər. Qruplar bununla bağlı hazırladıqları prezentasiyaları və kommunikasiya materiallarının layihələrini təqdim etdilər.
Seminarın sonunda iştirakçılara sertifikatlar təqdim edildi.