• “Ümumdünya ana südü ilə qidalandırma həftəsi” qeyd olundu
  • “28 iyul – Ümumdünya Hepatit Günü”nə həsr olunmuş mətbuat konfransı keçirildi
  • İSİM-in nümayəndəsi Aşqabadda keçirilən elmi-praktik konfransda iştirak etdi
  • İSİM-də “Neonatal reanimasiya” üzrə təlim təşkil edildi
  • İSİM-də “31 May 2018-ci il: Ümumdünya Tütünsüz Gününün 30 illik yubileyi” mövzusunda Kütləvi İnformasiya Vasitələrinin iştirakı ilə dəyirmi masa keçirildi
  • İSİM-də “Kliniki Qərara Dəstək Təlim Təşəbbüsü” layihəsinin nailiyyətlərinə həsr olunmuş konfrans təşkil olundu
  • İSİM işə qəbul elan edir. Vakansiyalarla burada tanış ola bilərsiniz!

XƏBƏRLƏR bütün xəbərlər

13 İYUN 2008

İSİM-də “Qan donorluğu: problemlər və onların həlli yolları” mövzusunda seminar keçirildi

13 iyun 2008-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) KİV nümayəndələri üçün 14 iyun Ümumdünya Qan Donoru Gününə həsr olunmuş “Qan donorluğu: problemlər və onların həlli yolları” mövzusunda seminar keçirildi. Seminarda Səhiyyə Nazirliyinin Baş hemotoloqu Çingiz Əsədov, Hemofilyalı Xəstələrin Respublika Assosasiyasının prezidenti Gülnarə Hüseynova, “Savab Dünyası” Azərbaycan Talassemiya Assosasiyasının prezidenti Naliə Quliyeva, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin “Sağlamlıq və qayğı” şöbəsinin müdiri Mətanət Qaraxanova, Qan Donorları Assosasiyasının sədri Fuad Əsgərov, Respublika QİÇS-lə Mübarizə Mərkəzinin, İSİM-in əməkdaşları və KİV nümayəndələri iştirak edirdilər.

Seminarın məzmunu ilə iştirakçıları tanış edən İSİM-in KİV və İctimaiyyətlə Əlaqələr şöbəsinin əməkdaşı Zaur İbrahimov bildirdi ki, bu təşəbbüsün məqsədi könüllü, təmənnasız qan donorluğunun təbliğ olunması, bununla bağlı jurnalistlərin bilgilərinin artırılması, eyni zamanda, KİV nümayəndələrinə Azərbaycanda qan donorluğu və qan xidməti, donor qanının təhlükəsizliyinin təmin edilməsi, könüllü, təmənnasız qan donorlarının cəlb olunması sahəsində fəaliyyət barədə məlumat verməkdir. Onun sözlərinə görə, seminar zamanı jurnalistlər qeyd olunan məsələlərlə bağlı mütəxəssislərdən yeni bilgilər öyrənmək, məlumatlar əldə etmək, onları maraqlandıran suallara cavab almaq imkanı əldə edəcəklər.

Seminar iştirakçıları ilə tanışlıqdan sonra Səhiyyə Nazirliyinin Baş hematoloqu Çingiz Əsədov, “Azərbaycanda qan donorluğu və qan xidməti” mövzusunda təqdimatla çıxış etdi. O, bildirdi ki, donor qanı unikal və əvəzedilməz müalicə vasitəsidir, qanköçürülmə təbabətin demək olar ki bütün sahələrində istifadə edilir. Çox zaman qan və ya onun komponentlərinin köçürülməsi xəstəni ölümdən xilas etmək üçün son və yeganə vasitə olur. Hər il dünyada 81 milyon vahid qan götürülür. Bu qanın ancaq 30%-i dünya əhalisinin 82 %-i yaşayan aşağı gəlirli ölkələrdə tədarük edilir. Əgər gərbi Avropa ölkələrində 1000 nəfər əhaliyə düşən donorların sayı 50-yə çatırsa, inkişaf edən ölkələrdə bu göstərici dəfələrlə azdır. Azərbaycanda 2001-ci ildə 13236 , 2007-ci ilədə 31036, bu il may ayına olan məlumatlara görə 1702 qanvermə olmuşdur.

Çingiz Əsədov KİV nümayəndələrinə qan xidməti sahəsində təsdiq edilmiş hüquqi-normativ sənədlər, Qanın, qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair Dövlət proqramı, ölkəmizdə donor qanının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı görülən işlər barədə ətraflı məlumat verdi.

Hemofilyalı Xəstələrin Respublika Assosasiyasının prezidenti Gülnarə Hüseynova “Azərbaycanda donor qanı və onun təhlükəsizliyi aspektləri” mövzusnda təqdimatla çıxış etdi. Seminar iştirakçılarına Hemofilyalı Xəstələrin Respublika Assosasiyası tərəfindən hazırlanmış hemofilyalı xəstələrin poblemlərindən söz açan vidieo-çarxlar nümayiş etdirildi.

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin “Sağlamlıq və qayğı” şöbəsinin müdiri Mətanət Qaraxanova “Könüllü, təmənnasız qan donorlarının cəlb olunması sahəsində fəaliyyət”, İSİM-in KİV və İctimaiyyətlə Əlaqələr şöbəsinin əməkdaşı Zaur İbrahimov “Könüllü, təmənnasız qan donorluğunun təbliği və ictimai rəyin formalaşdırılmasında KİV-in rolu” mövzularında çıxış etdilər.

Azərbaycan Talassemiya Assosasiyasının prezidenti Naliə Quliyeva donor qanının təhlükəsizlyinin təmin edilməsi sahəsində problemlər, onların həlli üçün müasir üsulların tətbiq olunması məsələləri barədə çıxış etdi.

Çıxışlardan sonra mütəxəssislər jurnalistlərin suallarını cavablandırdılar.