29 MAY 2008
İctimai Səhiyyə və İslahatlar Mərkəzində “Səhiyyə sahəsində PR və Kommunikasiya” mövzusunda üçüncü görüş keçirildi
İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) Mərkəzin KİV və İctimaiyyətlə Əlaqələr şöbəsinin təşkilatçılığı ilə yerli QHT-lər, beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə “Səhiyyə sahəsində PR və Kommunikasiya” mövzusunda üçüncü görüş keçirildi. Tədbirdə İSİM-in KİV və İctimaiyyətlə Əlaqələr Şöbəsinin əməkdaşları, USAİD-in İlkin Səhiyyə Xidmətlərinin Gücləndirilməsi Layihəsi (PHCS), Səhiyyə Sektorunda İslahatlar Layihəsinin işçi qrupunun (HSPR PİU), Açıq Cəmiyyət İnstitutu-Yardım Fondunun, Qlobal Fondun, ACQUIRE Project, OXFAM-ın, “Uşaqlar Mərhəmət” təşkilatının, “Sağlamlığa Çağırış Alyansının, “Konsilum” jurnalının nümayəndələri iştirak edirdilər.
İSİM və USAİD-in İlkin Səhiyyə Xidmətlərinin Gücləndirilməsi Layihəsinin birgə hazırladığı “Səhiyyə Kommunikasiyası: izahlı lüğət”inin təqdimatı keçirildi.
USAİD-ın İlkin Səhiyyə Xidmətlərinin Gücləndirilməsi Layihəsinin kom¬munika¬siyası üzrə meneceri Cəmilə Əzizova “Səhiyyə Kommunikasiyası: izahlı lüğət” ini təqdim etdi. Onun sözlərinə görə bu lüğət Azərbaycan dilində işlədilən və İngilis dilindən çətin tərcümə olunan səhiyyə kommunikasiyasına aid terminlərin unifikasiyasıdır. Bu lüğət birinci nəşrdir və gələckdə bu işin davam etdirilməsi nəzərdə tutulub.
Müzakirələr zamanı ACQUIRE layihəsinin kommunikasiyası üzrə mütəxəssisi Sevinc Həsənova Azərbaycanda səhiyyə kommunikasiyası üzrə mütəxəssisləri bir araya gətirəcək birliyin yaradılması təklifi ilə çıxış etdi. Bu təklif tədbir iştirakçıları tərəfindən dəstəkləndi.
Tədbirdə “Uşaqlara Mərhəmət” qeyri-hökumət təşkilatının nümayəndəsi Amil Məmmədov OXFAM tərəfindən maliyyələşdirilən və həyata keçilən “İcma əsaslı ilkin səhiyyə xidmətinə dəstək modeli” layihəsi barədə təqdimatla çıxış etdi.