• “Ümumdünya ana südü ilə qidalandırma həftəsi” qeyd olundu
  • “28 iyul – Ümumdünya Hepatit Günü”nə həsr olunmuş mətbuat konfransı keçirildi
  • İSİM-in nümayəndəsi Aşqabadda keçirilən elmi-praktik konfransda iştirak etdi
  • İSİM-də “Neonatal reanimasiya” üzrə təlim təşkil edildi
  • İSİM-də “31 May 2018-ci il: Ümumdünya Tütünsüz Gününün 30 illik yubileyi” mövzusunda Kütləvi İnformasiya Vasitələrinin iştirakı ilə dəyirmi masa keçirildi
  • İSİM-də “Kliniki Qərara Dəstək Təlim Təşəbbüsü” layihəsinin nailiyyətlərinə həsr olunmuş konfrans təşkil olundu
  • İSİM işə qəbul elan edir. Vakansiyalarla burada tanış ola bilərsiniz!

XƏBƏRLƏR bütün xəbərlər

28 APREL 2008

İctimai Səhiyyə və İslahatlar Mərkəzində “Səhiyyə sahəsində PR və Kommunikasiya” mövzusunda ikinci görüş keçirildi

25 aprel 2008-ci il tarixində İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) KİV və İctimaiyyətlə Əlaqələr şöbəsinin təşkilatçılığı ilə yerli QHT-lər, beynəlxalq təşkilatların nümayəndələri ilə “Səhiyyə sahəsində PR və Kommunikasiya” mövzusunda ikinci görüş keçirildi.

Tədbirdə İSİM-in KİV və İctimaiyyətlə Əlaqələr Şöbəsinin əməkdaşları, İlkin Səhiyyə Xidmətlərinin Gücləndirilməsi Layihəsi (PHCS), Qlobal Fondun, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD), Açıq Cəmiyyət İnstitutu-Yardım Fondunun, Səhiyyə Sektorunda İslahatlar Layihəsinin işçı qrupunun (HSRP PİU), İCRS, ACQUIRE Project, Azərbaycan Qızıl Aypara Cəmiyyəti, “Siyasət və Media” təşkilatının nümayəndələri iştirak edirdilər.

Tədbiri giriş sözü ilə açan İSİM-in KİV və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Nurlan Əliyev bu görüşün artıq ikinci dəfə baş tutduğunu xatırlatdı. Onun sözlərinə görə bu görüşlərin keçirilməsində əsas məqsəd səhiyyə sektorunda fəaliyyət göstərən yerli QHT-lər və beynəlxalq təşkilatlarla səhiyyə sahəsində PR və kommunikasiya məsələləri, mövcud problemlər, onların həlli yolları ilə bağlı fikir mübadiləsi aparmaq, tərəfdaşlıq və əməkdaşlığın qurulmasını müzakirə etməkdir. O, ötən görüşdən sonrakı müddətdə İSİM-in fəaliyyəti barədə məlumat verdi, tədbir iştirakçıları da gördükləri işlər barədə danışdılar. Məlumat mübadiləsindən sonra N.Əliyev tədbirdə 24-27 mart 2008-ci il tarixdə İSİM KİV və İctimaiyyətlə Əlaqələr Şöbəsinin əməkdaşlarının səhiyyə kommunikasiyası sahəsində Moldova təcrübəsi ilə tanış olmaq üçün bu ölkəyə səfərinin yekunları ilə bağlı “Moldovada səhiyyə kommunikasiyası” mövzusunda təqdimatla çıxış etdi. 

Tədbir iştirakçıları İSİM-in KİV və İctimaiyyətlə Əlaqələr Şöbəsi və İlkin Səhiyyə Xidmətlərinin Gücləndirilməsi layihəsi tərəfindən hazırlanan Səhiyyə Kommunikasiyası terminlərinin Azərbaycan dilində izahlı lüğətinin ilkin variantını da müzakirə etdilər. PHCS –in səhiyyə kommunikasiyası üzrə meneceri Cəmilə Əzizova lüğətin ilkin variantı barədə çıxış etdi. Müzakirələrin nəticəsində növbəti görüşdə lüğətin ilkin variantı ilə bağlı təklif və rəylərin təqdim edilməsi qərara alındı.