“2010-cu ildə qızılca və məxmərək xəstəliklərinin eliminasiyası ilə bağlı epidemioloji nəzarətin gücləndirilməsi”nə həsr olunmuş dəyirmi masa | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

27 APREL 2010

“2010-cu ildə qızılca və məxmərək xəstəliklərinin eliminasiyası ilə bağlı epidemioloji nəzarətin gücləndirilməsi”nə həsr olunmuş dəyirmi masa

2010-cu il 27 aprel tarixində İctmai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) Avropa İmmunlaşdırma Həftəsi çərçivəsində keçirilən tədbirlərin davamı olaraq “2010-cu ildə qızılca və məxmərək xəstəliklərinin eliminasiyası ilə bağlı epidemioloji nəzarətin gücləndirilməsi”nə həsr olunmuş dəyirmi masa keçirildi.

Dünya miqyasında peyvəndlə qarşısı alınan digər xəstəliklərlə müqayisədə qızılca daha çox uşaq ölümü ilə nəticələnir. Qızılcanı keçirib sağ qalan uşaqlar fiziki qabiliyyətlərində daimi qüsur qalması təhlükəsindən azad deyildirlər. Bu səbəbdən belə məlumatverici tədbirlərin keçirilməsi çox böyük əhəmiyyət kəsb edir.

Minilliyin İnkişaf Məqsədlərinə çatmaq naminə qızılca və məxmərək xəstəliklərinin eliminasiyası, anadangəlmə məxmərək sindromunun profilaktikasının təmin edilməsi məqsədilə keçirilən tədbirdə İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Azərbaycan Tibb Universiteti, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, Elmi-Tədqiqat Pediatriya İnstitutu, Respublika dəri zöhrəvi dispanseri, Respublika Taun Əleyhinə Stansiya, Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Şirvan şəhərləri və Abşeron rayonunun pediatrları, epidemioloqları və dəri-zöhrəvi həkimləri iştirak etdi.

Dəyirmi masa zamanı qızılca və məxmərək xəstəliklərinin eliminasiyası yolunda əldə edilmiş ən son nailiyyətlər, Azərbaycanda qızılca, məxmərək və anadangəlmə məxmərək sindromu üzərində nəzarət və qızılca, məxmərək və anadangəlmə məxmərək sindromu üzərində laborator nəzarətin nəticələri barədə iştirakçılara ətraflı məlumat verildi. Sonda iştirakçıların sualları ətrafında geniş müzakirələr aparıldı və onların bu sahədə qarşıya çıxan maneələrin aradan qaldırılmasına dair tövsiyələri dinlənildi.