“Nəsillərarası dialoq: stereotipləri qırırıq, ünsiyyət körpüləri qururuq” mövzusunda interaktiv görüş təşkil olunub | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • “Məktəbyaşlı uşaqların sağlamlıq davranışları”nın öyrənilməsinə dair Azərbaycan üzrə milli tədqiqat aparılıb
  • Şirvan şəhərində 14 İyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş tədbir və qanvermə aksiyası keçirilib
  • Xətai rayonu 2 saylı uşaq poliklinikasında Ümumdünya İmmunlaşdırma Həftəsi çərçivəsində tədbirlər təşkil olunub
  • Ahıl şəxslər üçün profilaktik tibbi müayinələr təşkil olunub
  • Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş sərgi və tədbir keçirilib
  • 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib
  • “Sağlam uşaq” mobil tətbiqi uşaqların sağlamlığı ilə bağlı faydalı məlumatlar əldə etməyə imkan verir
  • Ümumdünya Diabetlə Mübarizə Gününə həsr edilmiş tədbir təşkil olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Suraxanıda “Sağlam ailə – sağlam gələcək” mövzusunda tədbir keçirilib

XƏBƏRLƏR bütün xəbərlər

15 İYUL 2026

“Nəsillərarası dialoq: stereotipləri qırırıq, ünsiyyət körpüləri qururuq” mövzusunda interaktiv görüş təşkil olunub

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin təşkilatçılığı ilə 14 iyul 2026-cı ildə “LİBRAFF” kitab mağazasında “Nəsillərarası dialoq: stereotipləri qırırıq, ünsiyyət körpüləri qururuq” mövzusunda tədbir təşkil olunub. Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), “Güvən” Dayə Xidməti, Azərbaycan Universiteti, 2 saylı Baza Tibb Kolleci, “LİBRAFF” mağazalar şəbəkəsi, Qadın İnkişaf Mərkəzi, “İRƏLİ” İctimai Birliyi və “Sağlamlığa Xidmət” İctimai Birliyinin birgə əməkdaşlığı ilə keçirilən tədbirin əsas məqsədi fərqli nəsillərin nümayəndələri arasında stereotipləri qırmaq, gənclərlə yaşlılar arasında xoş, səmimi və rahat ünsiyyət mühiti yaratmaq olub. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Sağlamlıq və qayğı şöbəsinin mütəxəssisi Mətanət Qaraxanovanın moderatorluğu ilə keçirilən görüşdə 15 ahıl və 15 gənc olmaqla, ümumilikdə 30 iştirakçı bir araya gəlib. Tədbir çərçivəsində fərqli yaş qruplarından olan iştirakçıların öz həyat təcrübələrini və dünyagörüşlərini sərbəst şəkildə bölüşməsinə, eləcə də bir-birləri haqqında yeni məlumatlar əldə etməsinə şərait yaradılıb. İSİM-in Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Leyla Cəfərli, Təlim-resurs şöbəsinin müdiri Kamilla Kərimova, şöbə müdirinin müavini Pərvin Quliyeva, həmçinin əməkdaşlar Elnarə Nuriyeva və Elnarə İsmayılova tədbirdə iştirak ediblər. Leyla Cəfərli çıxış edərək bildirib ki, yaşlı insanların həyat keyfiyyətini yüksəltmək üçün İSİM-in təşəbbüsü ilə həyata keçirilən “Sağlam yaşlanma” layihəsi çərçivəsində iki dəyirmi masa təşkil olunub, bu sahədə məlumatlılığın artırılması məqsədilə müxtəlif tədbirlərin təşkili nəzərdə tutulub. Mövzu ətrafında səmərəli fikir mübadiləsi aparılıb, nəsillərarası əlaqələrin möhkəmləndirilməsi və sosial birliyin gücləndirilməsi istiqamətində belə görüşlərin əhəmiyyəti vurğulanıb.
 
Şəkil