“Məktəbyaşlı uşaqların sağlamlıq davranışları”nın öyrənilməsinə dair Azərbaycan üzrə milli tədqiqat aparılıb | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Şirvan şəhərində 14 İyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş tədbir və qanvermə aksiyası keçirilib
  • Xətai rayonu 2 saylı uşaq poliklinikasında Ümumdünya İmmunlaşdırma Həftəsi çərçivəsində tədbirlər təşkil olunub
  • Ahıl şəxslər üçün profilaktik tibbi müayinələr təşkil olunub
  • Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş sərgi və tədbir keçirilib
  • 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib
  • “Sağlam uşaq” mobil tətbiqi uşaqların sağlamlığı ilə bağlı faydalı məlumatlar əldə etməyə imkan verir
  • Ümumdünya Diabetlə Mübarizə Gününə həsr edilmiş tədbir təşkil olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) STEPS metodologiyası əsasında ölkəmizdə sorğu-tədqiqat həyata keçirilir.
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Suraxanıda “Sağlam ailə – sağlam gələcək” mövzusunda tədbir keçirilib

XƏBƏRLƏR bütün xəbərlər

1 İYUL 2026

“Məktəbyaşlı uşaqların sağlamlıq davranışları”nın öyrənilməsinə dair Azərbaycan üzrə milli tədqiqat aparılıb

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən “Məktəbyaşlı uşaqların sağlamlıq davranışları”nın öyrənilməsinə dair (HBSC – Health Behaviour in School-aged Children) 2025–2026-cı illər üzrə Azərbaycan milli tədqiqatının sahə işləri mərhələsi başa çatıb. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) metodologiyası əsasında aparılan sorğular Elm və Təhsil Nazirliyi, ÜST-nin Avropa Regional Bürosu və HBSC beynəlxalq tədqiqat şəbəkəsinin əməkdaşlığı çərçivəsində reallaşıb.
Milli tədqiqat çərçivəsində ölkə üzrə 11, 13 və 15 yaşlı 12 mindən çox şagird sorğuya cəlb edilib. Prosesin şəffaf aparılması məqsədilə, HBSC tədqiqatının xüsusi hazırlanmış metodologiyası əsasında respublika üzrə iki mərhələli təsadüfi seçim üsulu ilə 90 ümumtəhsil müəssisəsinin şagirdləri müəyyənləşdirilib. Bura Bakı şəhəri üzrə 25, Abşeron rayonu (Sumqayıt və Xırdalan daxil olmaqla) üzrə 10 və digər regionlardan 55 məktəb daxil edilib. Sorğular məktəb rəhbərlikləri ilə əvvəlcədən razılaşdırılmış vaxtda və valideynlərin, uşaqların rəsmi razılığı əsasında anonim şəkildə həyata keçirilib.
Şagirdlərin cavablandırdığı anketlərdə yeniyetmələrin sağlamlıq vəziyyəti, psixoloji rifahı, ailə və məktəb mühiti, həmyaşıdlararası münasibətlər, asudə vaxt və sosial şəbəkələrdən istifadə mövzuları yer alıb. Bununla yanaşı, risk faktorlarının və zərərli vərdişlərin aşkar edilməsi məqsədilə 13–15 yaş qrupuna daxil olan şagirdlər üçün anketlərə tütün və spirtli içkilərə dair xüsusi suallar da əlavə olunub.
Toplanan etibarlı məlumatlar ölkəmizdəki məktəbli uşaqlar arasında sağlam davranışların öyrənilməsinə, eləcə də digər ölkələrin, xüsusilə region dövlətlərinin göstəriciləri ilə müqayisə edilməsinə geniş imkan yaradacaq. Yeni mərhələ ötən illər ərzində uşaqların sağlamlıq davranışlarında baş verən müsbət və ya mənfi dinamikanı dəqiq qiymətləndirməyə kömək edəcək. Sorğunun nəticələri dövlət qurumlarına uşaqların sağlamlıq vəziyyətinin yaxşılaşdırılması üçün əsas hədəfləri təyin etməyə və gələcək sağlamlıq siyasətini formalaşdırmağa dəstək verəcək.
Qeyd edək ki, ÜST-nin eyni metodologiyasına əsaslanan bu qlobal tədqiqat Azərbaycanda ilk dəfə 2017-ci ildə keçirilib və nəticələri müvafiq beynəlxalq hesabatda dərc olunub. Bu tədqiqata artıq 40 ilə yaxındır ki, Avropa və Şimali Amerikada geniş yer verilir və hazırda 45 ölkədə hər 4 ildən bir keçirilir. Azərbaycanın bu nüfuzlu beynəlxalq əməkdaşlıq şəbəkəsindəki üzvlüyü Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən rəsmən tanınır və dəstəklənir.
Şəkil