22 APREL 2026
Məktəb psixoloqları arasında sorğu keçirilib
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən məktəb psixoloqları arasında sorğu keçirilib. 2026-cı ilin mart-aprel ayında aparılan sorğuda Bakı şəhəri də daxil olmaqla bütün regionları əhatə edən ümumilikdə 1700 məktəb psixoloqu iştirak edib. Keçirilən sorğunun nəticələrinə əsasən, 2026-cı ilin sentyabr–noyabr aylarında məktəb psixoloqları üçün əlavə təlimlərin təşkili planlaşdırılır. Bu təlimlərlə psixoloqların həm canlı, həm də “Ecourses” onlayn platforması vasitəsilə əhatə olunması nəzərdə tutulur.









