31 may – Ümumdünya Tütünsüz Günü qeyd olunub | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Şirvan şəhərində 14 İyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş tədbir və qanvermə aksiyası keçirilib
  • Xətai rayonu 2 saylı uşaq poliklinikasında Ümumdünya İmmunlaşdırma Həftəsi çərçivəsində tədbirlər təşkil olunub
  • Ahıl şəxslər üçün profilaktik tibbi müayinələr təşkil olunub
  • Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş sərgi və tədbir keçirilib
  • 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib
  • “Sağlam uşaq” mobil tətbiqi uşaqların sağlamlığı ilə bağlı faydalı məlumatlar əldə etməyə imkan verir
  • Ümumdünya Diabetlə Mübarizə Gününə həsr edilmiş tədbir təşkil olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) STEPS metodologiyası əsasında ölkəmizdə sorğu-tədqiqat həyata keçirilir.
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Suraxanıda “Sağlam ailə – sağlam gələcək” mövzusunda tədbir keçirilib

XƏBƏRLƏR bütün xəbərlər

31 MAY 2026

31 may – Ümumdünya Tütünsüz Günü qeyd olunub

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), “Azercell Telekom” MMC və Müslüm Maqomayev adına 26 nömrəli musiqi məktəbinin birgə əməkdaşlığı ilə Ümumdünya Tütünsüz Gününə həsr olunmuş “Sağlamlıq melodiyası” adlı interaktiv art-platforma keçirilib. “Azercell Plaza”da baş tutan tədbirdə İSİM-in baş direktoru Səbinə Babazadə, “Azercell Telekom” MMC-nin SƏTƏMM şöbəsinin rəhbəri Rövşən Cəfərov və musiqi məktəbinin şöbə müdiri Mahirə Tabıyeva çıxış edərək, ölkəmizdə tütünlə mübarizə istiqamətində həyata keçirilən dövlət siyasətinin əhəmiyyətini diqqətə çatdırıblar. Natiqlər sağlam gələcək naminə qurumlararası tərəfdaşlığın və mədəni inteqrasiyanın prioritet rolunu vurğulayıblar. Daha sonra İSİM-in İctimai sağlamlıq şöbəsinin müdiri Tofiq Musayev və baş hüquq məsləhətçisi Rüstəm Məmmədov çıxış edərək, tütünlə mübarizənin həm də insan hüquqları və sağlam yaşamaq hüququnun təmin edilməsi aspektindən mühüm əhəmiyyət daşıdığını bildiriblər. Natiqlər bu istiqamətdə görülən məqsədyönlü fəaliyyətdən, sübuta əsaslanan elmi-hüquqi yanaşmalardan söz açıb, tütünlə mübarizə strategiyaları çərçivəsində gələcək prioritetləri tədbir iştirakçılarının diqqətinə çatdırıblar. İSİM-in İctimai sağlamlıq şöbəsinin müdir müavini Lalə Məmmədovanın moderatorluğu ilə baş tutan tədbirin bədii hissəsində zəngin musiqi proqramı yer alıb. Müslüm Maqomayev adına 26 nömrəli musiqi məktəbinin şagirdləri vokal və xanəndəlik nömrələri ilə yanaşı, skripka, qarmon, gitara, tar və digər musiqi alətlərində məharətli ifalar nümayiş etdiriblər. İştirakçılar tərəfindən böyük maraqla qarşılanan tədbir xoş təəssüratlar və gələcək əməkdaşlıq perspektivlərinin dəyərləndirilməsi ilə yadda qalıb. Yekunda sağlam həyat tərzinə verilən töhfələr bir daha önə çəkilib və xatirə fotoları çəkilərək tədbirə yekun vurulub.
 
Şəkil