Ahıl şəxslər üçün profilaktik tibbi müayinələr təşkil olunub | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Şirvan şəhərində 14 İyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş tədbir və qanvermə aksiyası keçirilib
  • Xətai rayonu 2 saylı uşaq poliklinikasında Ümumdünya İmmunlaşdırma Həftəsi çərçivəsində tədbirlər təşkil olunub
  • Ahıl şəxslər üçün profilaktik tibbi müayinələr təşkil olunub
  • Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş sərgi və tədbir keçirilib
  • 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib
  • “Sağlam uşaq” mobil tətbiqi uşaqların sağlamlığı ilə bağlı faydalı məlumatlar əldə etməyə imkan verir
  • Ümumdünya Diabetlə Mübarizə Gününə həsr edilmiş tədbir təşkil olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) STEPS metodologiyası əsasında ölkəmizdə sorğu-tədqiqat həyata keçirilir.
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Suraxanıda “Sağlam ailə – sağlam gələcək” mövzusunda tədbir keçirilib

XƏBƏRLƏR bütün xəbərlər

2 İYUN 2026

Ahıl şəxslər üçün profilaktik tibbi müayinələr təşkil olunub

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən əhali arasında profilaktik tibbi müayinə aksiyaları davam etdirilir. Növbəti tədbir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində baş tutub. Müəssisədə ahıl şəxslər arasında “Sağlam yaşlanma” və “Hədəf 130/80” layihələri çərçivəsində skrininq müayinələri aparılıb və geniş maarifləndirmə işi təşkil edilib. Sosial xidmət müəssisəsinin direktor vəzifəsini icra edən Fərhad Osmanov bu təşəbbüsü alqışlayaraq, xəstəliklərin profilaktikasına riayət olunmasını təşviq edən belə maarifləndirici tədbirlərin əhəmiyyətini vurğulayıb. Aksiya çərçivəsində keçirilən skrininqlər zamanı iştirakçıların arterial təzyiqi ölçülüb, ürək-damar sisteminin ümumi vəziyyəti qiymətləndirilib. Müayinə olunan şəxslərə hipertoniya ilə mübarizə, arterial təzyiqə nəzarət və sağlam həyat tərzi ilə bağlı fərdi tibbi məsləhətlər verilib, həmçinin İSİM tərəfindən hazırlanmış maarifləndirici çap materialları paylanılıb. Qeyd edək ki, İSİM, Azərbaycan Kardiologiya Cəmiyyəti və “Servier Azərbaycan” şirkətinin birgə əməkdaşlığı ilə “Hədəf 130/80” layihəsi çərçivəsində müxtəlif müəssisələrdə profilaktik müayinə aksiyaları keçirilir.