Ədliyyə Nazirliyinin Akademiyasında maarifləndirici tədbir keçirilib | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Şirvan şəhərində 14 İyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş tədbir və qanvermə aksiyası keçirilib
  • Xətai rayonu 2 saylı uşaq poliklinikasında Ümumdünya İmmunlaşdırma Həftəsi çərçivəsində tədbirlər təşkil olunub
  • Ahıl şəxslər üçün profilaktik tibbi müayinələr təşkil olunub
  • Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş sərgi və tədbir keçirilib
  • 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib
  • “Sağlam uşaq” mobil tətbiqi uşaqların sağlamlığı ilə bağlı faydalı məlumatlar əldə etməyə imkan verir
  • Ümumdünya Diabetlə Mübarizə Gününə həsr edilmiş tədbir təşkil olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) STEPS metodologiyası əsasında ölkəmizdə sorğu-tədqiqat həyata keçirilir.
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Suraxanıda “Sağlam ailə – sağlam gələcək” mövzusunda tədbir keçirilib

XƏBƏRLƏR bütün xəbərlər

2 İYUN 2026

Ədliyyə Nazirliyinin Akademiyasında maarifləndirici tədbir keçirilib

Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Ədliyyə Nazirliyinin Akademiyasının şəxsi heyəti üçün qeyri-infeksion xəstəliklərin profilaktikası mövzusunda maarifləndirici tədbir təşkil olunub. İştirakçılara tütünçəkmə, narkomaniya, alkoqolizm və digər zərərli vərdişlərin sağlamlığa, eləcə də cəmiyyətin inkişafına mənfi təsirləri barədə ətraflı məlumat verilib. Ədliyyə Akademiyasının baş məsləhətçisi, 2-ci dərəcəli ədliyyə qulluqçusu Sona Əzizova sağlam həyat tərzinin təşviq olunmasının vacibliyindən söz açıb və gənc nəslin sağlam inkişafında maarifləndirmə tədbirlərinin əhəmiyyətini vurğulayıb. İSİM-in İctimai sağlamlıq şöbəsinin müdiri Tofiq Musayev və baş hüquq məsləhətçisi Rüstəm Məmmədov geniş təqdimatla çıxış ediblər. Çıxışlarda ənənəvi risk faktorları ilə yanaşı, müasir dövrdə sağlamlığa ciddi təsir göstərən digər təhlükələr barədə məlumat verilib, sağlamlığın qorunması istiqamətində ölkəmizdə görülən işlər diqqətə çatdırılıb. Zərərli vərdişlərlə mübarizədə beynəlxalq təcrübə ilə bağlı fikir mübadiləsi aparılıb, təkliflər dinlənilib. Yekunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və onlara İSİM tərəfindən hazırlanan maarifləndirici materiallar təqdim olunub.
 
Şəkil