AMEA əməkdaşları üçün müayinə aksiyaları və maarifləndirmə tədbirləri təşkil olunub | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Şirvan şəhərində 14 İyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş tədbir və qanvermə aksiyası keçirilib
  • Xətai rayonu 2 saylı uşaq poliklinikasında Ümumdünya İmmunlaşdırma Həftəsi çərçivəsində tədbirlər təşkil olunub
  • Ahıl şəxslər üçün profilaktik tibbi müayinələr təşkil olunub
  • Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş sərgi və tədbir keçirilib
  • 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib
  • “Sağlam uşaq” mobil tətbiqi uşaqların sağlamlığı ilə bağlı faydalı məlumatlar əldə etməyə imkan verir
  • Ümumdünya Diabetlə Mübarizə Gününə həsr edilmiş tədbir təşkil olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) STEPS metodologiyası əsasında ölkəmizdə sorğu-tədqiqat həyata keçirilir.
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Suraxanıda “Sağlam ailə – sağlam gələcək” mövzusunda tədbir keçirilib

XƏBƏRLƏR bütün xəbərlər

28 APREL 2026

AMEA əməkdaşları üçün müayinə aksiyaları və maarifləndirmə tədbirləri təşkil olunub

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), Azərbaycan Kardiologiya Cəmiyyəti (AKC) və “Servye Azərbaycan” şirkətinin birgə təşkilatçılığı ilə “Hədəf 130/80” layihəsi çərçivəsində tibbi müayinə aksiyası keçirilib. AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova çıxış edərək əhalinin sağlamlığının qorunması istiqamətində təşkil olunan belə maarifləndirici tədbirlərin əhəmiyyətini vurğulayıb. Akademik AMEA ilə Səhiyyə Nazirliyi arasında birgə tədbirlərin təşkilini yüksək qiymətləndirərək, sosial-tibbi layihələrin genişləndirilməsinin elmi ictimaiyyətin sağlamlığının qorunmasında mühüm əhəmiyyət daşıdığını bildirib.
 
İSİM-in direktor müavini Qəhrəman Haqverdiyev ölkəmizdə qeyri-infeksion xəstəliklərin profilaktikası istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirildiyini vurğulayaraq, erkən diaqnostikanın əhalinin sağlamlıq göstəricilərinin yüksəldilməsində həlledici rol oynadığını diqqətə çatdırıb. Tibb üzrə fəlsəfə doktoru, kardioloq Ülvi Mirzoyev AMEA əməkdaşları üçün icra olunan bugünkü müayinə aksiyasının ürək-damar xəstəliklərindən qorunması və cəmiyyətdə erkən profilaktika mədəniyyətinin gücləndirilməsinə xidmət etdiyini deyib. Azərbaycan Kardiologiya Cəmiyyətinin sədri, tibb elmləri doktoru Yasmin Rüstəmova ürək-damar xəstəliklərinin əsas risk amillərindən söz açaraq bildirib ki, həyata keçirilən layihə yüksək arterial təzyiqin qarşısının alınmasına, eləcə də bu xəstəliklərlə bağlı yaranan risklərin minimuma endirilməsinə xidmət edir.
 
“Servier Azərbaycan” şirkətinin direktoru Rişad Təhməzov layihənin əhəmiyyətinə toxunaraq, belə təşəbbüslərin cəmiyyətin sağlamlıq rifahına mühüm töhfə verdiyini qeyd edib. Bildirilib ki, aksiya çərçivəsində əməkdaşların arterial təzyiqi ölçülür, ürək-damar xəstəlikləri üzrə erkən diaqnostik müayinələr aparılır. Eyni zamanda, iştirakçılara risk faktorlarının qarşısının alınması və sağlam həyat tərzinin mənimsənilməsi istiqamətində tibbi tövsiyələr verilir.
 
AMEA Azad Həmkarlar İttifaqının sədr müavini Şəhla Əmirova bildirib ki, belə sosial layihələrin məqsədi əməkdaşlar arasında sağlam həyat tərzini təşviq etmək və xəstəliklərin vaxtında aşkarlanmasına imkan yaratmaqdır. Rəsmi hissədən sonra müayinə aksiyasına başlanılıb. AMEA əməkdaşları xüsusi ayrılmış sahədə kardioloq və tibb heyəti tərəfindən müayinə olunublar. Aksiya çərçivəsində əməkdaşların arterial təzyiqi ölçülüb, ürək-damar sisteminin vəziyyəti qiymətləndirilib və fərdi tibbi məsləhətlər verilib. Müayinə aksiyasında AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli də iştirak edib. Akademik İsa Həbibbəyli aksiyanın təşkilini yüksək qiymətləndirərək bildirib ki, elmi potensialın qorunması ilk növbədə alimlərimizin və əməkdaşlarımızın sağlamlığından asılıdır. AMEA rəhbəri əməkdaşları bu imkandan aktiv yararlanmağa və sağlamlıqlarına xüsusi diqqət yetirməyə çağırıb. Qeyd edək ki, tibbi müayinə aksiyasının üç gün davam etməsi nəzərdə tutulub.
 
Şəkil