2 nömrəli Bakı Baza Tibb Kollecində “Uşaqların doğulanadək cins seçiminə yox deyək!” mövzusunda tədbir keçirilib | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Şirvan şəhərində 14 İyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş tədbir və qanvermə aksiyası keçirilib
  • Xətai rayonu 2 saylı uşaq poliklinikasında Ümumdünya İmmunlaşdırma Həftəsi çərçivəsində tədbirlər təşkil olunub
  • Ahıl şəxslər üçün profilaktik tibbi müayinələr təşkil olunub
  • Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş sərgi və tədbir keçirilib
  • 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib
  • “Sağlam uşaq” mobil tətbiqi uşaqların sağlamlığı ilə bağlı faydalı məlumatlar əldə etməyə imkan verir
  • Ümumdünya Diabetlə Mübarizə Gününə həsr edilmiş tədbir təşkil olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) STEPS metodologiyası əsasında ölkəmizdə sorğu-tədqiqat həyata keçirilir.
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Suraxanıda “Sağlam ailə – sağlam gələcək” mövzusunda tədbir keçirilib

XƏBƏRLƏR bütün xəbərlər

24 APREL 2026

2 nömrəli Bakı Baza Tibb Kollecində “Uşaqların doğulanadək cins seçiminə yox deyək!” mövzusunda tədbir keçirilib

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşəbbüsü ilə 2 nömrəli Bakı Baza Tibb Kollecində “Uşaqların doğulanadək cins seçiminə yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin müdir müavini Kamila Əliyeva selektiv abortların ölkənin demoqrafik dayanıqlılığı üçün doğurduğu risklər, bu istiqamətdə həyata keçirilən dövlət siyasəti və mövcud beynəlxalq təcrübə barədə gəncləri məlumatlandırıb. İSİM-in Monitorinq və təhlil şöbəsinin müdir müavini Zümrüd Kazımova ailə planlaşdırılmasının düzgün qurulması, ana və uşaq sağlamlığının qorunması, eləcə də hamiləliyin süni şəkildə sonlandırılmasının qadın sağlamlığı üçün yaratdığı risklər barədə danışıb. O həmçinin, gələcəyin tibb mütəxəssisləri olan tələbələrin bu sahədə dərin biliklərə sahib olmasının, gələcəkdə əhali arasında maarifləndirmə və effektiv təbliğat strategiyalarının qurulmasında həlledici rol oynayacağını xüsusi vurğulayıb. Yekunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və onlara İSİM tərəfindən hazırlanaraq çap edilən maarifləndirici materiallar təqdim edilib.
 
Şəkil