“Görünməyən travma: məişət zorakılığı və psixosomatik xəstəliklər” mövzusunda təlim keçirilib | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Şirvan şəhərində 14 İyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş tədbir və qanvermə aksiyası keçirilib
  • Xətai rayonu 2 saylı uşaq poliklinikasında Ümumdünya İmmunlaşdırma Həftəsi çərçivəsində tədbirlər təşkil olunub
  • Ahıl şəxslər üçün profilaktik tibbi müayinələr təşkil olunub
  • Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş sərgi və tədbir keçirilib
  • 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib
  • “Sağlam uşaq” mobil tətbiqi uşaqların sağlamlığı ilə bağlı faydalı məlumatlar əldə etməyə imkan verir
  • Ümumdünya Diabetlə Mübarizə Gününə həsr edilmiş tədbir təşkil olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) STEPS metodologiyası əsasında ölkəmizdə sorğu-tədqiqat həyata keçirilir.
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Suraxanıda “Sağlam ailə – sağlam gələcək” mövzusunda tədbir keçirilib

XƏBƏRLƏR bütün xəbərlər

13 FEVRAL 2026

“Görünməyən travma: məişət zorakılığı və psixosomatik xəstəliklər” mövzusunda təlim keçirilib

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin əməkdaşları üçün “Görünməyən travma: məişət zorakılığı və psixosomatik xəstəliklər” mövzusunda təlim təşkil olunub.  Təlimin əsas məqsədi emosional, psixoloji və iqtisadi zorakılığa uzunmüddətli məruz qalmanın davamlı fiziki simptomlara təsiri barədə məlumatlılığı artırmaq olub.
 
Təlim Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsi Psixologiya kafedrasının əməkdaşları Emiliya İgidova, Aytən Mütəllimzadə və Aylin Əlləzova tərəfindən aparılıb. Məişət zorakılığının səbəbləri, psixosomatik xəstəliklər, uzunmüddətli stres vəziyyətinin insanın immun sisteminə təsiri barədə ətraflı məlumat verilib.
 
Təlim çərçivəsində iştirakçıların sualları cavablandırılıb, eyni zamanda ictimai səhiyyə mütəxəssisləri tərəfindən zorakılıqla mübarizə sahəsində ölkəmizdə keçirilən maarifləndirmə tədbirlərində ünsiyyət və davranış mexanizmləri, emosional tənzimləmə və psixoloji təsir vasitələrinin elmi əsasları ətrafında təhlillər aparılıb.
 
Şəkil