11 FEVRAL 2026
“Azərbaycan dili: şifahi və yazılı nitqin inkişafı. Effektiv kommunikasiyanın qurulması” mövzusunda təlim keçirilib
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) əməkdaşlar üçün “Azərbaycan dili: şifahi və yazılı nitqin inkişafı. Effektiv kommunikasiyanın qurulması” mövzusunda təlim təşkil olunub. Təlimin məqsədi iştirakçılara Azərbaycan dilində şifahi və yazılı nitqin düzgün, səlis şəkildə formalaşdırılmasının aşılanması, həmçinin effektiv kommunikasiya bacarıqlarının gücləndirilməsi olub.
İSİM-in Səhiyyə kommunikasiyası şöbəsinin müdiri Laura Quliyeva ədəbi dil normaları, şifahi nitqi inkişaf etdirmək imkanları, fikrin düzgün, aydın və məntiqli ifadəsi, auditoriya qarşısında çıxışın tələbləri, həyat məlumatlarının çıxışa daxil edilməsi barədə ətraflı məlumat verib. İnteraktiv formatda keçirilən təlimdə nitq bacarıqlarının inkişafı üzrə praktik tövsiyələr təqdim olunub, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.









