Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) STEPS metodologiyası əsasında ölkəmizdə sorğu-tədqiqat həyata keçirilib | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Şirvan şəhərində 14 İyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş tədbir və qanvermə aksiyası keçirilib
  • Xətai rayonu 2 saylı uşaq poliklinikasında Ümumdünya İmmunlaşdırma Həftəsi çərçivəsində tədbirlər təşkil olunub
  • Ahıl şəxslər üçün profilaktik tibbi müayinələr təşkil olunub
  • Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş sərgi və tədbir keçirilib
  • 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib
  • “Sağlam uşaq” mobil tətbiqi uşaqların sağlamlığı ilə bağlı faydalı məlumatlar əldə etməyə imkan verir
  • Ümumdünya Diabetlə Mübarizə Gününə həsr edilmiş tədbir təşkil olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) STEPS metodologiyası əsasında ölkəmizdə sorğu-tədqiqat həyata keçirilir.
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Suraxanıda “Sağlam ailə – sağlam gələcək” mövzusunda tədbir keçirilib

XƏBƏRLƏR bütün xəbərlər

17 NOYABR 2025

Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) STEPS metodologiyası əsasında ölkəmizdə sorğu-tədqiqat həyata keçirilib

Tədqiqatın məqsədi ölkəmizdə qeyri-infeksion xəstəliklərin əsas risk amilləri (tütün və alkoqol istifadəsi, fiziki passivlik, qeyri-sağlam qidalanma və s.) üzrə məlumat toplamaq olub. STEPS – ÜST tərəfindən hazırlanmış və 100-dən çox ölkədə tətbiq olunan standart metodologiyadır və 3 mərhələdən ibarətdir: sorğu aparılması, fiziki ölçmələr (boy, çəki, bel və omba çevrəsi, təzyiq) və qan nümunəsinin götürülməsi (qanda şəkərin və xolestrolun miqdarının təyini üçün). Respublika üzrə 240 klaster olmaqla 2880 nəfər tədqiqata cəlb olunub. Respondentlərin iştirakı paytaxt və bölgələr üzrə təsadüfi seçmə üsulu ilə müəyyən edilib. Toplanan bütün məlumatların tam məxfi saxlanılması, nəticələrin təhlil edilərək analiz olunması, əhalinin sağlamlığının qorunması və müdafiəsi üçün nəzərdə tutulan müxtəlif proqramlarda istifadəsi nəzərdə tutulub. Tədqiqatdan əvvəl işçi heyət üçün ÜST-nin dəstəyi ilə xarici və yerli ekspertlər tərəfindən təlimlər keçilib. Müsahibəçilərə STEPS-in 3 mərhələli şəkildə həyata keçirilmə qaydaları, sorğu zamanı müsahibənin izlənmə formasının doldurulması və məlumatları e-STEPS bazaya yerləşdirmə üsulları, məlumatların toplanılmasında əsas rol oynayan Android cihazının funksiyaları izah edilib. Qeyd edək ki, Azərbaycan Respublikasının “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda Səhiyyə Nazirliyinə həvalə olunan 3.3.7. (Vətəndaşların sağlam həyat tərzinin təmin edilməsi) bəndinin 3.3.7.4. (Əhalinin yaş kateqoriyaları, sosial-iqtisadi və gender amillərinə uyğun olaraq, sağlam həyat tərzi və davranış risk amilləri ilə bağlı vəziyyətin müntəzəm monitorinqi və qiymətləndirilməsi. STEPS sorğusunun hazırlanması və aparılması) yarımbəndinin icrası Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən nazirliyin İctimai Səhiyyə və İslahatlar Mərkəzinə (İSİM) həvalə olunub. Azərbaycanda bu tədqiqat daha əvvəl də aparılıb və İSİM tərəfindən həyata keçirilib.

Şəkil