Tbilisi şəhərində regional forum keçirilib | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Şirvan şəhərində 14 İyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş tədbir və qanvermə aksiyası keçirilib
  • Xətai rayonu 2 saylı uşaq poliklinikasında Ümumdünya İmmunlaşdırma Həftəsi çərçivəsində tədbirlər təşkil olunub
  • Ahıl şəxslər üçün profilaktik tibbi müayinələr təşkil olunub
  • Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş sərgi və tədbir keçirilib
  • 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib
  • “Sağlam uşaq” mobil tətbiqi uşaqların sağlamlığı ilə bağlı faydalı məlumatlar əldə etməyə imkan verir
  • Ümumdünya Diabetlə Mübarizə Gününə həsr edilmiş tədbir təşkil olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) STEPS metodologiyası əsasında ölkəmizdə sorğu-tədqiqat həyata keçirilir.
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Suraxanıda “Sağlam ailə – sağlam gələcək” mövzusunda tədbir keçirilib

XƏBƏRLƏR bütün xəbərlər

1 İYUL 2025

Tbilisi şəhərində regional forum keçirilib

Gürcüstanın Tbilisi şəhərində 27-28 iyun 2025-ci ildə Şərqi Avropa, Yaxın Şərq və Afrika regionu üzrə HPV (İnsan Papilloma Virusu) ilə əlaqəli xəstəliklərin aradan qaldırılmasına həsr olunmuş regional forum təşkil edilib.

Forumun əsas məqsədi HPV infeksiyasının yaratdığı xəstəliklərlə mübarizə və peyvəndlənmə strategiyalarının gücləndirilməsi, bu sahədə əldə edilmiş 20 illik qlobal təcrübə, yeni elmi yanaşmaların müzakirəsi olub. 

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Qadın, ana, uşaq və yeniyetmələrin müdafiəsi sektorunun müdiri Aynurə Zeynalova, İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Səbinə Babazadə, Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktor müavini Günəş Cəfərova, Elmi Tədqiqat Mama Ginekologiya İnstitutunun ginekoloqu Kəmalə Talışinskaya, DTX Hospitalının onko-ginekoloqu Vüsalə Mədətova, Milli Onkologiya Mərkəzinin onko-ginekoloqu Nərgiz Zeynal, İSİM-in həkim-metodisləri Sevinc Zeynallı və Gülnarə Rzayeva, 3 saylı Qadın Məsləhətxanası və Ailə Planlaşdırılma Mərkəzinin ginekoloqları Pərvanə İsakova və Nərmin Şərifzadə forumda iştirak ediblər.

Forumda Azərbaycan, Avstriya, Birləşmiş Ərəb Əmirlikləri, İsveçrə, Gürcüstan, Qazaxıstan, Özbəkistan və digər ölkələrin səhiyyə rəhbərləri, infeksion xəstəliklər üzrə mütəxəssislər və peyvəndlənmə strategiyalarının hazırlanması üzrə ekspertlər iştirak ediblər.

İki günlük proqram çərçivəsində panel müzakirələri, elmi təqdimatlar və praktiki sessiyalar keçirilib, regionda HPV-yə qarşı mübarizənin gücləndirilməsi istiqamətində beynəlxalq əməkdaşlığın əhəmiyyəti bir daha vurğulanıb.

Şəkil