10 İYUN 2025
Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi festivalda iştirak edib
"Sea Breeze"də 7-8 iyun 2025-ci ildə beynəlxalq oyun festivalı keçirilib. Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) festivalda “Sağlamlığını qoru!” guşəsi ilə iştirak edib. İSİM tərəfindən hazırlanaraq əhalinin istifadəsinə verilən “Burla Xatun”, “Sağlam uşaq”, “Sağlam qida”, “Tütündən imtina et” və digər mobil tətbiqlər, maarifləndirici kompüter oyunları, çap materialları və s.vəsaitlər çoxsaylı iştirakçılara təqdim olunub. Müxtəlif dövlət qurumları, beynəlxalq və yerli təşkilatlar innovativ layihələri, stendləri ilə təmsil olunduğu festivalda iştirakçılara İSİM tərəfindən uşaqlar, valideynlər və müəllimlər üçün hazırlanaraq istifadəyə verilən “Sağlam uşaq” portalı və mobil tətbiqi barədə ziyarətçilərə ətraflı məlumat verilib. Sağlam həyat tərzini təbliğ və təşviq edən materiallar və müxtəlif hədiyyələr festival iştirakçıları tərəfindən maraqla qarşılanıb.









