İSİM-in nümayəndələri “Epidemik kəşfiyyat və riskin sürətli qiymətləndirilməsi” üzrə təlimdə iştirak ediblər | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Şirvan şəhərində 14 İyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş tədbir və qanvermə aksiyası keçirilib
  • Xətai rayonu 2 saylı uşaq poliklinikasında Ümumdünya İmmunlaşdırma Həftəsi çərçivəsində tədbirlər təşkil olunub
  • Ahıl şəxslər üçün profilaktik tibbi müayinələr təşkil olunub
  • Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş sərgi və tədbir keçirilib
  • 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib
  • “Sağlam uşaq” mobil tətbiqi uşaqların sağlamlığı ilə bağlı faydalı məlumatlar əldə etməyə imkan verir
  • Ümumdünya Diabetlə Mübarizə Gününə həsr edilmiş tədbir təşkil olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) STEPS metodologiyası əsasında ölkəmizdə sorğu-tədqiqat həyata keçirilir.
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Suraxanıda “Sağlam ailə – sağlam gələcək” mövzusunda tədbir keçirilib

XƏBƏRLƏR bütün xəbərlər

11 APREL 2025

İSİM-in nümayəndələri “Epidemik kəşfiyyat və riskin sürətli qiymətləndirilməsi” üzrə təlimdə iştirak ediblər

Moldovanın paytaxtı Kişinyov şəhərində 8-10 aprel 2025-ci ildə “Epidemik kəşfiyyat və riskin sürətli qiymətləndirilməsi” üzrə təlim keçirilib.
Azərbaycan, Gürcüstan və digər ölkələrdən 40-dan çox ictimai səhiyyə mütəxəssisi Avropa İttifaqı (Aİ) Səhiyyə Təhlkükəsizliyi Təşəbbüsü çərçivəsində Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzi tərəfindən təşkil olunan üçgünlük regional təlimdə bir araya gəliblər.
Tədbirin əsas məqsədi ictimai səhiyyə təhdidlərini aşkar etmək, qiymətləndirmək və onlarla mübarizə bacarığını gücləndirmək olub.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Tibbi keyfiyyət standartları şöbəsinin müdiri Billurə Yusifova, Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin müdir müavini Lətafət Dadaşova tədbirdə iştirak edib və ölkəmizdə qeyri-infeksion xəstəliklərin öyrənilməsi üzrə keçirilmiş sorğular, sağlam həyat tərzi istiqamətində aparılan maarifləndirmə və təbliğat işləri barədə məlumat veriblər.
Təlimdə Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzinin, Aİ-yə üzv ölkələr, Şərqi Avropa və Cənubi Qafqaz tərəfdaş ölkələri, eləcə də Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ekspert və mentorlarının mühazirələri dinlənilib.
Tədbirin sonunda regional əməkdaşlığın gücləndirilməsi məqsədilə konstruktiv dialoqlar aparılıb və ictimai səhiyyə sahəsində qarşılıqlı maraq doğuran məsələlər ətrafında əhatəli müzakirələr keçirilib.