“Bullyoz epidermolizin mozaikası” adlı beynəlxalq elmi dəyirmi masa keçirilib | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Şirvan şəhərində 14 İyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş tədbir və qanvermə aksiyası keçirilib
  • Xətai rayonu 2 saylı uşaq poliklinikasında Ümumdünya İmmunlaşdırma Həftəsi çərçivəsində tədbirlər təşkil olunub
  • Ahıl şəxslər üçün profilaktik tibbi müayinələr təşkil olunub
  • Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş sərgi və tədbir keçirilib
  • 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib
  • “Sağlam uşaq” mobil tətbiqi uşaqların sağlamlığı ilə bağlı faydalı məlumatlar əldə etməyə imkan verir
  • Ümumdünya Diabetlə Mübarizə Gününə həsr edilmiş tədbir təşkil olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) STEPS metodologiyası əsasında ölkəmizdə sorğu-tədqiqat həyata keçirilir.
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Suraxanıda “Sağlam ailə – sağlam gələcək” mövzusunda tədbir keçirilib

XƏBƏRLƏR bütün xəbərlər

27 FEVRAL 2025

“Bullyoz epidermolizin mozaikası” adlı beynəlxalq elmi dəyirmi masa keçirilib

Azərbaycan Tibb Universitetinin (ATU) Dermatovenerologiya kafedrası və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) birgə əməkdaşlığı ilə 28 fevral – Beynəlxalq Nadir Rast Gəlinən Xəstəliklər Gününə həsr olunan “Bullyoz epidermolizin mozaikası” adlı dəyirmi masa keçirilib.
 
Beynəlxalq elmi tədbir nadir xəstəliklər barədə maarifləndirmənin artırılması, erkən diaqnostika vəmüalicə imkanlarının yaxşılaşdırılması üçün mütəxəssislər, aidiyyəti dövlət və qeyri-dövlət qurumları arasında əməkdaşlığın genişləndirilməsi məqsədilə təşkil olunub. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Qadın, ana, uşaq və yeniyetmələrin müdafiəsi sektorunun müdiri Aynurə Zeynalova, İSİM-in direktoru Qəhrəman Haqverdiyev, beynəlxalq və yerli ekspertlər, mütəxəssislər tədbirdə iştirak ediblər.
 
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin mütəxəssis eksperti-dermatoveneroloq, ATU-nun Dermatovenerologiya kafedrasının müdiri, tibb elmləri doktoru, professor Fərid Mahmudov giriş sözü ilə çıxış edib. O, tədbirin əhəmiyyətini vurğulayıb və bildirib ki, anadangəlmə bullyoz epidermoliz və ixtioz xəstəlikləri ilə bağlı aparılan fikir mübadiləsi ölkəmizdə mövcud vəziyyətin təhlili və əsas problemlərin müəyyənləşdirilməsi, diaqnostika, müalicə və dəstək mexanizmlərinin təkmilləşdirilməsi üçün təkliflərin hazırlanmasına öz töhfəsini verəcək.
 
Rusiya Federasiyası Moskva vilayətinin Səhiyyə Nazirliyinin nadir xəstəliklər üzrə baş mütəxəssisi, tibb elmləri namizədi Yuliya Kotalevskaya, Özbəkistan Respublikası Səhiyyə Nazirliyinin Respublika Dermatonevrologiya və Kosmetologiya üzrə Respublika Elmi-Təcrübi Mərkəzinin aparıcı elmi işçisi, tibb elmləri doktoru, professor Akram Rahmatov və həmin mərkəzin Genetik Dermatozlar bölməsinin rəhbəri Mədəmin Xaldarbekov, Global Rare Diseases Eurasia şirkətinin tibb meneceri, farmokologiya üzrə fəlsəfə doktoru Pavel Fedosov sessiyalarda geniş təqdimatla çıxış ediblər.
 
Bulyoz epidermoliz xəstəliklərinin diaqnostikası, müalicəsi və reabilitasiyası üzrə aktual məsələlər ətrafında geniş fikir mübadiləsi və müzakirələr aparılıb.