Azərbaycan İdman Akademiyasında “Tütünçəkmə sağlamlıq üçün təhlükəlidir” mövzusunda tədbir keçirilib | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Şirvan şəhərində 14 İyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş tədbir və qanvermə aksiyası keçirilib
  • Xətai rayonu 2 saylı uşaq poliklinikasında Ümumdünya İmmunlaşdırma Həftəsi çərçivəsində tədbirlər təşkil olunub
  • Ahıl şəxslər üçün profilaktik tibbi müayinələr təşkil olunub
  • Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş sərgi və tədbir keçirilib
  • 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib
  • “Sağlam uşaq” mobil tətbiqi uşaqların sağlamlığı ilə bağlı faydalı məlumatlar əldə etməyə imkan verir
  • Ümumdünya Diabetlə Mübarizə Gününə həsr edilmiş tədbir təşkil olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) STEPS metodologiyası əsasında ölkəmizdə sorğu-tədqiqat həyata keçirilir.
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Suraxanıda “Sağlam ailə – sağlam gələcək” mövzusunda tədbir keçirilib

XƏBƏRLƏR bütün xəbərlər

20 FEVRAL 2025

Azərbaycan İdman Akademiyasında “Tütünçəkmə sağlamlıq üçün təhlükəlidir” mövzusunda tədbir keçirilib

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSIM) tərəfindən Azərbaycan İdman Akademiyası ilə əməkdaşlıqla təşkil edilən tədbirin əsas məqsədi gənc nəsli tütünçəkmənin zərərli təsirləri ilə bağlı bir daha maarifləndirmək, sağlam həyat tərzi barədə ətraflı məlumatlandırmaq olub.

Azərbaycan İdman Akademiyasının Tələbə və könüllülərlə iş şöbəsinin  baş mütəxəssisi Həmid Əliyev giriş sözü ilə çıxış edərək, ölkəmizdə gənclərin xüsusi qayğı ilə əhatə olunduğunu, yeni nəslin sağlam inkişafının, təhsilinin, mənəvi tərbiyəsinin daim diqqət mərkəzində saxlanıldığını vurğulayıb.

Təhsil müəssisələrində keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyətindən söz açan İSİM-in Səhiyyə kommunikasiyası şöbəsinin müdiri Laura Quliyeva bildirib ki, ölkəmizdə tətbiq olunan “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Qanunun mahiyyəti tütün məmulatlarından istifadə etməyən insanların, habelə tütün məmulatlarından istifadə edən insanların da sağlamlıqlarının mühafizəsidir. O, gəncləri tütünçəkmə və digər zərərli vərdişlərdən uzaq olmağa,  tütündən istifadənin azaldılması istiqamətində ölkəmizdə aparılan təbliğat və təşviqat işlərinə töhfə verməyə çağırıb.

İSİM-in İctimai sağlamlıq şöbəsinin müdiri Tofiq Musayev geniş təqdimatla çıxış edərək, tütünün insan orqanizminə və ətraf mühitə zərərli təsiri barədə ətraflı məlumat verib: “Yanan siqaret 7 mindən çox müxtəlif kimyəvi maddə, o cümlədən 70-dən çox xərçəng xəstəliyi yaradan maddə istehsal edir. Tütünçəkmə nəticəsində hər gün ətraf mühitə 10 milyard toksik siqaret kötüyü atılır və il ərzində siqaret kötüklərindən 770 min ton tullantı əmələ gəlir”. T.Musayev tütünçəkmə ilə mübarizədə dövlətin dəstəyini, qəbul olunan qanunların və bu sahədə həyata keçirilən məqsədyönlü tədbirlərin böyük əhəmiyyət daşıdığını diqqətə çatdırıb.

Yekunda iştirakçıların sualları cavablandırılıb və onlara İSİM tərəfindən hazırlanaraq çap edilən sağlamlığın qorunması və sağlam həyat tərzi barədə geniş çeşiddə maarifləndirici materiallar paylanılıb.

Şəkil