Asan Xidmətdə sağlam həyat tərzini təbliğ edən maarifləndirici aksiya keçirilib | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • “Uşaqların psixi sağlamlığının möhkəmləndirilməsi” mövzusunda təlim keçirilib
  • “Narkomaniyaya yox deyək!” mövzusunda hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu
  • 6 aprel – Ümumdünya Fiziki Aktivlik Gününə həsr edilmiş maarifləndirici aksiya oldu

XƏBƏRLƏR bütün xəbərlər

29 DEKABR 2024

Asan Xidmətdə sağlam həyat tərzini təbliğ edən maarifləndirici aksiya keçirilib

Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi və İmişli Rayon İcra Hakimiyyətinin birgə əməkdaşlığı ilə İmişli şəhərində Asan Xidmət Mərkəzində əhali üçün maarifləndirici aksiya keçirilib. Aksiyanın məqsədi sağlam həyat tərzinin təbliğ edilməsi, tütünçəkmə və digər zərərli vərdişlərin sağlamlığa mənfi təsirləri barədə əhali arasında məlumatlılığın artırılması olub.
 
İştirakçılara ictimaisəhiyyə mütəxəssisləri tərəfindən sağlamlığın qorunması ilə bağlı tövsiyələr verilib. Vurğulanıb ki, son vaxtlar dünya ölkələrində qeyri-infeksion, o cümlədən ürək-damar sistemi xəstəliklərindən əziyyət çəkənlərin sayının çoxalması bir sıra amillərlə sıx bağlıdır.
 
Əsas risk amillərinə isə, tütünçəkmə və digər zərərli vərdişlərə aludəlik, fiziki passivlik, artıq çəki, piylənmə və qeyri-sağlam qidalanma aiddir. Xəstəliklərin əsas risk amillərinin qarşısını almaq üçün iştirakçılara sağlam həyat tərzi seçmək təşviq edilib, bu mövzulara dair maarifləndirici materiallar paylanılıb.