18 DEKABR 2023
“Fəal ol, sağlam ol!” mövzusunda maarifləndirici tədbir keçirilib
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən 15 dekabr 2023-cü ildə Binə qəsəbəsi 149 saylı orta məktəbdə maarifləndirici tədbir təşkil olunub. Tədbirin məqsədi oturaq həyatın sağlamlığa vurduğu ziyanı, fiziki aktivliyin əhəmiyyəti barəsində uşaqları məlumatlandırmaq və sağlam həyat yaşamağa çağırmaq idi.
İSİM-in Monitorinq və təhlil şöbəsinin müdiri İnara Makayeva, Təlim-resursşöbəsinin müdir müavini Pərvin Quliyeva və həkim-metodisti Sevinc Bağırova çıxış edərək fiziki aktivliyin əhəmiyyəti, növləri barədə ətraflı məlumat veriblər. İnteraktiv oyun şəklində keçirilən tədbir zamanı şagirdlər komandalara bölünərək müxtəlif idman növləri üzrə yarışıblar.
Yekunda qalib komandalara mükafatlar, medallar və müxtəlif hədiyyələr təqdim olunub.