27 NOYABR 2023
Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunan aksiya keçirilib
Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Xəzər rayon İcra Hakimiyyəti ilə birgə Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunan “Şəkərli diabet və göz xəstəlikləri” mövzusunda aksiya keçirilib.
Xəzər rayon sakinləri üçün təşkil olunan aksiyanın məqsədi şəkərli diabet xəstəliyi və onun fəsadları barədə əhali arasında geniş maarifləndirmə işininaparılmasıdır.
Aksiya çərçivəsində iştirakçılar ilkin müayinələrə (qanda şəkərin səviyyəsinin müəyyən olunması və gözlərin müayinəsi) dəvət ediliblər. Vurğulanıb ki, şəkərli diabet qanda şəkərin səviyyəsinin artması ilə səciyyələnən xroniki xəstəlikdir. Şəkərli diabetə nəzarət olmadıqda, qanda qlükozanın səviyyəsinin yüksəlməsi əmələ gəlir. Bu isə, orqanizmin əksər orqanlarının, xüsusilə gözlərin zədələnməsinə səbəb olur.
Aksiyada düzgün və balanslı qidalanma ilə bağlı məlumat verilib, tütünçəkmə və digər zərərli vərdişlərdən uzaq olmaq, sağlam həyat tərzi seçmək təşviq edilib. Qanda şəkərin miqdarını nəzarətdə saxlamaq tövsiyə olunub, bu mövzulara dair İSİM tərəfindən hazırlanaraq nəşr edilən maarifləndirici materiallar paylanılıb.