“Təhlükəsiz hərəkət et!” adlı maarifləndirici tədbir və aksiya keçirilib | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil tətbiqlər
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu

XƏBƏRLƏR bütün xəbərlər

16 NOYABR 2023

“Təhlükəsiz hərəkət et!” adlı maarifləndirici tədbir və aksiya keçirilib

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən 15 noyabr 2023-cü ildə Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksində “Təhlükəsiz hərəkət et!” adlı maarifləndirici tədbir keçirilib. 19 noyabr – Ümumdünya yol qəzaları qurbanlarının Xatirə Gününə həsr olunan tədbirin məqsədi ictimaiyyətin diqqətini yollarda təhlükəsizliyə yönəltmək, yol hərəkəti qaydaları ilə bağlı əhaliarasında məlumatlılığı artırmaqdır.
 
İSİM-in Səhiyyə kommunikasiyası şöbəsinin müdiri Laura Quliyeva, İctimai sağlamlıq şöbəsinin müdiri Tofiq Musayev geniş təqdimatlarla çıxış ediblər. Onlar məktəbliləri yol hərəkəti qaydalarına riayət etməyə çağıraraq, ani diqqətsizlik nəticəsində baş verən qəzaların hər il milyonlarla insanın həyatını faciəvi surətdə dəyişdirdiyini diqqətə çatdırıblar.
 
Tədbirdən sonra keçirilən maarifləndirici aksiya zamanı iştirakçılara İSİM tərəfindən hazırlanaraq nəşr edilən materiallar və yol hərəkəti təhlükəsizliyinə dair aksesuarlar paylanılıb. Yol-nəqliyyat hadisələri qurbanlarının xatirəsini yad etmək üçün bütün dünyada, eləcə də ölkəmizdə hər ilin noyabrında Yol-nəqliyyat hadisələri qurbanlarının Ümumdünya Xatirə Günü keçirilir. Bu təşəbbüs 1993-cü ildə irəli sürülüb, 2005-ci ildən isə, Birləşmiş Millətlər Təşkilatı tərəfindən dəstəklənib və qlobal tədbir statusu qazanıb.