Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş konfrans keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil tətbiqlər
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu

XƏBƏRLƏR bütün xəbərlər

31 MAY 2023

Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş konfrans keçirildi

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu, İctimai Səhiyyə və İslahatlar Mərkəzi, “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin birgə təşkilatçılığı, “Uptodate in Medicine” texniki dəstəyi ilə 31 may 2023-cüildə 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş konfrans keçirildi. Pediatrlar üçün nəzərdə tutulan konfransda 80 nəfəri iştirak etdi.

K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Lətif Zeyniyev, Səhiyyə Nazirliyinin nümayəndəsi Aynurə Zeynalova çıxışlarında iştoirakçıları salamlayaraq, vacib məsələyə həsr olunmuş konfransa uğurlar arzulayıblar.

Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) direktoru Qəhrəman Haqverdiyev çıxışında vurğuladı ki, uşaqların sağlam böyüməsi, düzgün tərbiyə olunması, gözəl mühitdə inkişaf etməsi, həssas və qayğıkeş rəftar görməsi onların bütün həyatını nizamlayır: “Bizim Mərkəzin, ictimai səhiyyə ekspertlərinin əhali arasında apardığı geniş maarifləndirmənin də əsas məqsədi bu istiqamətdə ölkəmizdə görülən işlərə dəstək verməkdir. Biz ən müasir innovativ vasitələrdən, eyni zamanda ənənəvi üsullardan istifadə edərək, müxtəlif yaş qrupları arasında geniş təbliğat tədbirləri həyata keçirir, müxtəlif tədqiqatlar və sorğular aparıb nəticələri analiz edir və bu təhlillər nəticəsində yeni təkliflərlə çıxış edirik”.

Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi, Ədliyyə Nazirliyi, BMT-nin Uşaq Fondunun (UNİCEF) Azərbaycan ofisi, Ombudsman Aparatı və digər qurumlardan nümayəndələrin iştirakı və çıxışı ilə keçən konfransda İSİM-in şöbə müdiri Şəhla İsmayılova “Uşaqların müdafiəsində sübuta əsaslanan resurslar”, İSİM-in əməkdaşı Könül İsmayılova “Uşaq və yeniyetmələrdə psixi sağlamlıq problemləri” mövzularında çıxış ediblər.

Uşaqların müdafiəsinin qorunması, uşaqların mənəvi, əxlaqi və sosial inkişafı ətrafında geniş fikir mübadiləsi və müzakirələr aparıldı.

Qeyd edək ki, konfrans Səhiyyə Nazirliyinin “Davamlı Tibbi Təhsil üzrə Elm və Tədris Tədbirlərinin Akkreditasiya Qaydaları” əsasında akkreditasiya olunmuşdu. Yekunda iştirakçılara sertifikatlar təqdim edildi.

Şəkil