İSİM-in nümayəndəsi Zaqreb şəhərində keçirilən “Tibbi araşdırmalar əsasında elmi məqalələrin yazılması və dərci üzrə İşçi Qrupunun təlimi”ndə iştirak etdi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu
  • 6 aprel – Ümumdünya Fiziki Aktivlik Gününə həsr edilmiş maarifləndirici aksiya oldu
  • İSİM 2022-ci ilin yekunlarına dair hesabatı ictimaiyyətə təqdim etdi
  • 29 sentyabr – Ümumdünya Ürək Gününə həsr olunmuş aksiya keçirildi
  • Şamaxıda 14 noyabr – Ümumdünya Diabetlə Mübarizə Gününə həsr olunmuş aksiya keçirildi
  • İSİM-də klinik protokollara dair dəyirmi masa keçirildi
  • İSİM-də Səhiyyədə Elmi Tədqiqatların və İnnovasiyaların Təşviqi Konfransı keçirildi

XƏBƏRLƏR bütün xəbərlər

28 APREL 2023

İSİM-in nümayəndəsi Zaqreb şəhərində keçirilən “Tibbi araşdırmalar əsasında elmi məqalələrin yazılması və dərci üzrə İşçi Qrupunun təlimi”ndə iştirak etdi

24-28 aprel 2023-cü il tarixdə Xorvatiyanin Zaqreb şəhərində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Ofisi, ABŞ-nin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (CDC) və ABŞ Ştatları və Ərazilərinin Epidemioloqları Şurası tərəfindən keçirilən “Tibbi araşdırmalar əsasında elmi məqalələrin yazılması və dərci üzrə İşçi Qrupunun təlimi” keçirildi. Təlimdə Azərbaycan da daxil olmaqla, ABŞ, Danimarka, Avstriya, Albaniya, Serbiya, Moldova, Ukrayna və digər ölkələrdən mütəxəssislər, aparıcı tədqiqatçılar və mentorlar iştirak etdilər.

 Təlimdə İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin müdiri Nabil Seyidov iştirak etdi. N,Seyidov Azərbaycanda İSİM tərəfindən iki ildir həyata keçirilən “Azərbaycanda səhiyyə işçiləri arasında COVID-19 və qripə qarşı vaksinasiyanın effektivliyinin dəyərləndirilməsi tədqiqatı”nın tədqiqatçılarından biri kimi Avropa və ABŞ-nin yüksək impakt faktorlu elmi tibbi jurnallarında məqalələrin dərc edilməsi sahəsində digər ölkələrdən olan həmkarları ilə təcrübələrini bölüşdü, ÜST və CDC-dən olan ekspert və jurnalların resenzentləri ilə birgə məqalələrin yazılması, statistik təhlil və dərci ilə bağlı fikir mübadiləsi aparıldı.
Qeyd edək ki, hazırda İSİM tərəfindən COVID-19 vaksinasiyası, uşaqlar arasında piylənmə, antibiotikə qarşı rezistentlik, xəstəxanadaxili infeksiyalar və ürək-damar xəstəliklərinin yükü ilə bağlı 5 tədqiqatın nəticələrinin dərci üzərində işlər aparılır.
Xatırladaq ki, son 2 il ərzində İSİM tərəfindən 7 məqalə milli və xarici jurnallarda dərc edilib, 2 nüfuzlu beynəlxalq konqresdə poster təqdimatlar olunub və elmi tədqiqatların təşviqi ilə bağlı xüsusi proqrama start verilib.