• “Ümumdünya ana südü ilə qidalandırma həftəsi” qeyd olundu
  • “28 iyul – Ümumdünya Hepatit Günü”nə həsr olunmuş mətbuat konfransı keçirildi
  • İSİM-in nümayəndəsi Aşqabadda keçirilən elmi-praktik konfransda iştirak etdi
  • İSİM-də “Neonatal reanimasiya” üzrə təlim təşkil edildi
  • İSİM-də “31 May 2018-ci il: Ümumdünya Tütünsüz Gününün 30 illik yubileyi” mövzusunda Kütləvi İnformasiya Vasitələrinin iştirakı ilə dəyirmi masa keçirildi
  • İSİM-də “Kliniki Qərara Dəstək Təlim Təşəbbüsü” layihəsinin nailiyyətlərinə həsr olunmuş konfrans təşkil olundu
  • İSİM işə qəbul elan edir. Vakansiyalarla burada tanış ola bilərsiniz!

XƏBƏRLƏR bütün xəbərlər

1 APREL 2010

İSİM-də “Erkən müdaxilə və xüsusi qayğıya ehtiyacı olan uşaqlarıncəmiyyətə sosial inteqrasiyası” mövzusunda təlim keçirildi

2010-cu ilin 30 mart - 1 aprel tarixlərində İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) Uşaqların Sağlam Gələcəyi İctimai Birliyi tərəfindən Avropa Komissiyasının Nümayəndəliyi və Psixiatriyada Qlobal Təşəbbüs Təşkilatının dəstəyi ilə “Erkən müdaxilə və xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə sosial inteqrasiyası” mövzusunda 3 günlük təlim keçirildi.

Təlimdə Bakı şəhərində yerləşən uşaq poliklinikalarının, Uşaq Bərpa Müalicə Mərkəzinin pediatr və uşaq nevropatoloqları, Səhiyyə Nazirliyi, Regional Psixologiya Mərkəzi, Uşaqların Sağlam Gələcəyi İctimai Birliyi və eləcə də İctimai Səhiyyə və İslahatlar Mərkəzinin əməkdaşları iştirak etdilər.

Xüsusi ehtiyacı olan uşaqlara sosial qayğının səviyyəsini yüksəltmək, müalicə və reabilitasiya, eləcə də inkişafetdirici təhsil proqramları ilə bağlı qabaqcıl metodikaların tətbiqi mövzusunu əhatə edən təlimi Litva Respublikası Vilnius Universiteti Uşaq Psixiatriyası və Sosial Pediatriya Mərkəzinin mütəxəssisi Siqita Lesinskiyene aparırdı. İnkişaf pozuntuları olan uşaqların erkən reabilitasiyasının vacibliyini vurğulayan təlimçi gələcəkdə onların cəmiyyətə inteqrasiyası prosesində daha uğurlu nəticələr əldə ediləcəyini qeyd etdi. Başqa uşaqlar kimi əlliliyi olan uşaqlar da cəmiyyətin bərabərhüquqlu üzvləridirlər və onlarda özünə inam hissini tərbiyə etmək və sərbəst həyata hazrlamaq böyük əhəmiyyət kəsb edir.

Bu sahədə yeni metodikalara həsr olunmuş “Erkən müdaxilə” TEAACH proqramı haqqında məlumatlar və video material, eyni zamanda bu proqramın iki pilot poliklinikada həyata keçirilməsinin planlaşdırıldığı iştirakçıların diqqətinə çatdırıldı. Təlim zamanı reabilitasiya kursu keçmiş uşaqların valideynləri də iştirak etdilər, övladlarının problemləri və onların ev şəraitində mümkün həll yolları haqqında təcrübələrini iştirakçılarla bölüşdülər.

Bu təlim iştirakçılar tərəfindən xüsusi maraqla qarşılandı və onlar planlaşdırılmış təlimlərdə iştirak etmək istəklərini bildirdilər.