İSİM-də Azərbaycan Tibb Universitetinin tələbələri ilə görüş oldu | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil tətbiqlər
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu

XƏBƏRLƏR bütün xəbərlər

13 DEKABR 2022

İSİM-də Azərbaycan Tibb Universitetinin tələbələri ilə görüş oldu

Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) 12 dekabr 2022-ci il tarixdə Azərbaycan Tibb Universitetinin (ATU) Səhiyyə menecmenti fakültəsinin magistr pilləsində təhsil alan tələbələri ilə görüş oldu. Görüşün məqsədi tələbələri ölkəmizdə ictimai səhiyyə və əhalinin tibbi maarifləndirilməsi istiqamətində görülən işlərlə bağlı ətraflı məlumatlandırmaq idi. 

İSİM-in direktoru Qəhrəman Haqverdiyev tələbələri salamlayaraq Mərkəzin fəaliyyəti barədə məlumat verdi. O bildirdi ki, ölkəmizdə səhiyyə sisteminin inkişafına öz töhfəsini verən İSİM-in əsas vəzifəsi  əhalinin sağlamlığının yaxşılaşdırılmasına, əhalinin orta ömür müddətinin artımına, sağlam həyat tərzinin təmin edilməsinə nail olmaqdır və bu istiqamətdə səhiyyə işçiləri, ictimai səhiyyə mütəxəssisləri tərəfindən əhali arasında daim təşviqat aparılır.

İSİM-in Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin müdiri Nabil Seyidov geniş təqdimatla çıxış edərək tələbələri İSİM-in əsas fəaliyyət istiqamətləri ilə tanış etdi. O, İSİM tərəfindən həyata keçirilən müxtəlif maarifləndirmə tədbirləri, o cümlədən sorğu və tədqiqatlar barədə geniş məlumat verdi: “İSİM Ümumdünya Səhiyyə Təşkilatı, BMT və digər beynəlxalq təşkilatların metodologiyaları, beynəlxalq koordinasiyası və dəstəyi ilə uşaqlarda piylənmə (COSI), məktəbyaşlı uşaqların davranışları (HBSC) və risk faktorları üzrə (STEPS) araşdırmalar və digər tədqiqatlar aparan Avropa ölkələri sırasındadır”. 

İSİM-in Səhiyyə kommunikasiyası şöbəsinin müdiri Laura Quliyeva çıxış edərək vurğuladı ki, ölkəmizdə səhiyyə işçiləri və ictimai səhiyyə mütəxəssisləri tərəfindən sağlam həyat tərzi ənənəvi və müasir innovativ üsullarla təbliğ olunur, tütünçəkmə və digər zərərli vərdişlərdən imtina etməyin vacibliyi bir daha izah edilir. O qeyd etdi ki, tütündən imtina etmək istəyənlərə dəstək olmaq və onlara yardım etmək məqsədilə 1 fevral 2021-ci il tarixdən İSİM tərəfindən əhali üçün tütündən imtina üzrə Qaynar xətt fəaliyyətə başlayıb və tütünçəkmədən imtina etmək istəyən şəxslərin zəng edərək, peşəkar tibbi-psixoloji məsləhətlər almaları təmin olunub. L.Quliyeva, həmçinin, tələbələri əhalinin tibbi maarifləndirilməsi istiqamətində gələcəkdə keçiriləcək tədbir və aksiyalarda yaxından iştirak etməyə çağırdı.

Sonra tələbələr İSİM-də fəaliyyət göstərən və həkimlər üçün təlimlərin həyata keçirilidiyi Simulyasiya mərkəzi ilə tanış oldular. Yekunda onları maraqlandıran suallar cavablandırıldı, iştirakçılara İSİM tərəfindən hazırlanaraq nəşr edilən maarifləndirici materiallar paylanıldı.

şəkillər