• İSİM 2022-ci ilin yekunlarına dair hesabatı ictimaiyyətə təqdim etdi
  • 29 sentyabr – Ümumdünya Ürək Gününə həsr olunmuş aksiya keçirildi
  • Şamaxıda 14 noyabr – Ümumdünya Diabetlə Mübarizə Gününə həsr olunmuş aksiya keçirildi
  • “Səhiyyədə ictimai iştirakçılıq təşəbbüslərinin təbliği: ictimai şuraların rolu” mövzusunda görüş keçirilib
  • İSİM-də klinik protokollara dair dəyirmi masa keçirildi
  • İSİM-də Səhiyyədə Elmi Tədqiqatların və İnnovasiyaların Təşviqi Konfransı keçirildi
  • İSİM-də “Pasiyent təhlükəsizliyi: Qlobal fəaliyyət planı və milli prioritetlər” mövzusunda konfrans oldu
  • İSİM-də "Reproduktiv sağlamlıq: çağırışlar və perspektivlər" mövzusunda konfrans keçirildi
  • İSİM-də Azərbaycan Tibb Universitetinin tələbələri ilə görüş oldu
  • Diqqət! Tütündən imtina üzrə “Qaynar xətt” fəaliyyət göstərir

XƏBƏRLƏR bütün xəbərlər

16 NOYABR 2022

İSİM-də klinik protokollara dair dəyirmi masa keçirildi

Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) 14 noyabr 2022-ci il  tarixdə klinik protokollara dair dəyirmi masa keçirildi. Tədbirdə səhiyyə mütəxəssisləri, Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirmə İnstitutunun həkim rezidentləri iştirak etdilər. Tədbirin məqsədi iştrakçıları hər hansı bir xəstəlik, sindrom, klinik vəziyyət və ya klinik situasiya zamanı tibbi yardım göstərilməsi üzrə sübutlu təbabət prinsiplərinə əsaslanan klinik tövsiyələrlə tanış etmək idi.

İSİM-in direktor müavini Rahib Məmmədov tədbiri giriş sözü ilə açaraq bildirdi ki, tədqiqatlara, müasir tibbi məlumatlara əsaslanaraq hazırlanan klinik rəhbərliklər həkim və digər səhiyyə işçiləri üçün səmərəli vəsait olmaqla yanaşı, həm də tibbi xidmətlərin keyfiyyətinin artırılmasında mühüm rol oynayır.

İSİM-in Tibbi keyfiyyət standartları şöbəsinin müdiri Şəhla İsmayılova klinik protokollar və onların statusundan söz açaraq vurğuladı ki, bu vəsaitlər əhalinin sağlamlığının qorunması istiqamətində həyata keçirilən tədbirlərə, eyni zamanda doğru qiymətləndirmə və monitorinq işinin aparılmasına, səhiyyə siyasətini müəyyən etməyə öz töhfəsini verir.

İSİM-in Tibbi keyfiyyət standartları şöbəsinin həkim-metodisti İlhamə Əlizadə iştrakçıları klinik protokolların tərtib olunması metodologiyası ilə tanış etdi.

Sonda iştrakçıları maraqlandıran suallar cavablandırıldı və geniş fikir mübadiləsi aparıldı.

 

Şəkillər