7 İYUL 2022
Berlin şəhərində “Xəstəliklərin yükünün təhlili” mövzusunda təlim keçirildi
Almaniyanın Berlin şəhərində beynəlxalq BOCO-19 tədqiqat layihəsi çərçivəsində “Xəstəliklərin yükünün təhlili” mövzusunda 4-7 iyul 2022-ci il tarixdə təlim kursu oldu. Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) şöbə müdiri Nabil Seyidov və İnformasiya və Statistika İdarəsinin rəisi Şahin Xasiyev təlimdə iştirak etdilər. COVID-19 və ürək-damar xəstəliklərinin yükünün təhlilinə həsr olunmuş təlimdə nümayəndə heyəti tərəfindən təqdimatlar edildi və təhlillər aparıldı.
Qeyd edək ki, BOCO-19 layihəsi Almaniyanın Robert Kox İnstitutunun rəhbərliyi ilə Almaniya, Azərbaycan, Serbiya, Monteneqro, Gürcüstan, Qırğızıstan, Qazaxıstan və Özbəkistan respublikalarının ictimai səhiyyə və səhiyyə statistikası sahəsində çalışan dövlət qurumları və ali təhsil müəssisələrinin iştirakı ilə həyata keçirilir. Almaniya Xarici İşlər Nazirliyi və Robert Kox İnstitutunun dəstəyi ilə icra olunan layihənin əsas məqsədi ictimai səhiyyə və səhiyyə statistikası sahəsində mütəxəssislərin bilik və bacarıqlarının genişləndirilməsi, ölkələr arasında əməkdaşlığın və şəbəkələşmənin gücləndirilməsidir. İSİM 2021-ci ildən bu layihədə rəsmi tərəfdaş kimi iştirak edir. İndiyədək İSİM-in 2 nümayəndəsi Serbiyada, 4 nümayəndəsi Tiflisdə və 1 nümayəndəsi Berlində keçirilən təlimlərdə iştirak edib.
Layihə çərçivəsində Robert Kox İnstitutu ilə İSİM arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Bu müqavilə əsasında İSİM-in nümayəndələrinin həmin institutun bazasında təlim-tədris prosesində iştirakı, institutun mütəxəssislərinin İSİM ilə birgə çalışmalar aparması və müvafiq təklif və tövsiyələrin birgə hazırlanmasına imkan