• İSİM 2022-ci ilin yekunlarına dair hesabatı ictimaiyyətə təqdim etdi
  • 29 sentyabr – Ümumdünya Ürək Gününə həsr olunmuş aksiya keçirildi
  • Şamaxıda 14 noyabr – Ümumdünya Diabetlə Mübarizə Gününə həsr olunmuş aksiya keçirildi
  • “Səhiyyədə ictimai iştirakçılıq təşəbbüslərinin təbliği: ictimai şuraların rolu” mövzusunda görüş keçirilib
  • İSİM-də klinik protokollara dair dəyirmi masa keçirildi
  • İSİM-də Səhiyyədə Elmi Tədqiqatların və İnnovasiyaların Təşviqi Konfransı keçirildi
  • İSİM-də “Pasiyent təhlükəsizliyi: Qlobal fəaliyyət planı və milli prioritetlər” mövzusunda konfrans oldu
  • İSİM-də "Reproduktiv sağlamlıq: çağırışlar və perspektivlər" mövzusunda konfrans keçirildi
  • İSİM-də Azərbaycan Tibb Universitetinin tələbələri ilə görüş oldu
  • Diqqət! Tütündən imtina üzrə “Qaynar xətt” fəaliyyət göstərir

XƏBƏRLƏR bütün xəbərlər

17 İYUN 2022

Daşkəsəndə “Zərərli vərdişlər sağlamlıq üçün təhlükədir” mövzusunda tədbir keçirildi

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və Daşkəsən Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 17 iyun 2022-ci ildə Heydər Əliyev Mərkəzində Daşkəsən rayon ictimaiyyətinin, gəclərin iştirakı ilə “Zərərli vərdişlər sağlamlıq üçün təhlükədir!” mövzusunda tədbir keçirildi.

Daşkəsən Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elmar Əliyev giriş sözü ilə çıxış edərək bildirdi ki,  ölkəmizdə əhalinin sağlamlığının qorunması, gənclərin sağlam ruhda tərbiyə olunması daim diqqət mərkəzində saxlanılır, xüsusən yeni nəsli sağlamlığa təhlükə törədən tütünçəkmə, narkomaniya kimi zərərli vərdişlərdən qorumaq mühüm məsələlərdəndir. Daşkəsən Rayon Heydər Əliyev Mərkəzinin direktoru Nailə Məmədova gənclərin inkişafı üçün sağlam həyat tərzi keçirməyin vacibliyini qeyd edərək, zərərli vərdişlərin doğurduğu fəsadlar haqqında onları vaxtında məlumatlandırmağın əhəmiyətini diqqətə çatdırdı. İSİM-in Səhiyyə kommunikasiyası şöbəsinin müdiri Laura Quliyeva paytaxtda və regionlarda sağlam həyat tərzinin təbliğinə dair keçirilən silsilə tədbirləri təsirini vurğuladı: “Səhiyyə işçiləri və ictimai səhiyyə mütəxəssisləri tərəfindən əhali arasında keçirilən tədbirlərdə sağlam həyat tərzi istiqamətində geniş təbliğat aparılır, izah olunur ki, evdə və işdə çəkilən siqaretlərin  tüstüsü ürək-damar xəstəliklərinin 25-30 faiz artmasına səbəb olur”. 

İSİM-in İctimai sağlamlıq şöbəsinin müdiri Tofiq Musayev qdiqqətə çatdırdı ki, zərərli vərdişlər qeyri-infeksion xəstəliklərin əsas risk amillidir: “Tütün məmulatları və narkotik  istifadəçilərinin yaş həddində cavanlaşma müşahidə olunur. Unutmayaq, narkotik madələr bir tələdir,  yeni nəsli bu tələdən qorumaq vacib məsələdir. Narkotikdən istifadə əsasən məhz yeniyetməlik dövrünə təsadüf edir. Odur ki, dünya ölkələri üzrə  ictimaiyyətin diqqətini narkomaniya ilə bağlı problemlərə yönəltmək məqsədilə 26 iyun – Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü elan olunub”.

Tədbirdə vurğulandı ki, zərərli vərdişlərə qarşı mübarizədə dövlət qurumları ilə bərabər cəmiyyət də aktiv iştirak etməlidir. Valideynlər  övladlarını bu kimi təhlükələrdən qorumaq üçün onlarla psixoloji söhbətlər aparmalı, zərərli vərdişlər haqqında məlumat verməli, bu asılılıqdan əziyyət çəkənləri isə xilas etmək üçün onlara dəstək olmalıdırlar.