Azərbaycanda uşaqlar arasında artıq çəki və piylənmənin risk amillərinin öyrənilməsinə dair tədqiqat aparılacaq | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil tətbiqlər
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu

XƏBƏRLƏR bütün xəbərlər

16 MART 2022

Azərbaycanda uşaqlar arasında artıq çəki və piylənmənin risk amillərinin öyrənilməsinə dair tədqiqat aparılacaq

Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) 15-16 mart 2022-ci il tarixdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üsrə Regional Ofisinin Uşaqlarda Piylənməyə Nəzarət Təşəbbüsü (COSI) tədqiqatı ilə bağlı təlim keçirildi. Təlim Azərbaycanda aparılacaq bu tədqiqatla bağlı mütəxəssisləri hazırlamaq üçün nəzərdə tutulurdu.

İSİM-in direktoru Qəhrəman Haqverdiyev giriş sözü ilə çıxış edərək, uşaqlar arasında artıq çəki və piylənmənin risk amillərinin öyrənilməsinə dair aparılan COSI tədqiqatının ölkəmizdə ilk dəfə keçirildiyini bildirdi: “Mərkəzimiz tərəfindən son dövrlər aparılan sorğular göstərir ki, COVID-19 pandemiyası əhalinin, o cümlədən uşaqların fiziki  aktivlik və qidalanma vərdişlərinə təsir edib. COSI tədqiqatı bu təsirlərin səviyyəsini, uşaqlar arasında artıq çəki və piylənmə dərəcəsinin öyrənilməsi ilə yanaşı, bu istiqamətdə zəruri addımların, müvafiq tədbirlərin görülməsinə imkan verəcək”.  

ÜST-nin ictimai səhiyyə üzrə mütəxəssisi, qeyri-infeksion xəstəliklər üzrə proqram rəhbəri Elturan İsmayılov, ÜST-nin Avropa üzrə Regional Ofisinin eksperti Marta Buoncristiano, COSI-nin Qazaxıstan üzrə Baş tədqiqatçısı Şınar Abdrəhmanova və COSI-nin Azərbaycan üzrə Baş tədqiqatçısı Nabil Seyidov çıxış edərək, tədqiqatın tarixi, məzmunu, məqsədi barədə ətraflı məlumat verdilər.

Bildirildi ki, Uşaqlarda Piylənməyə Nəzarət Təşəbbüsü (COSI) 2005-ci ildə yaranıb və bu sistemin məqsədi məktəbyaşlı uşaqlar arasında artıq çəki və az çəki ilə bağlı tendensiyaları araşdırmaqdır. Bu tədqiqat ilk dəfə 2007-2008-ci ildə 12 ölkənin iştirakı ilə keçirilib və 268 min uşağın çəkisi ölçülüb. Tədqiqatın 2019-cu ildə keçirilən V raundunda isə 400 mindən çox uşağın çəkisi ölçülüb.

Azərbaycan bu sistemə 2020-ci ildə qoşulsa da, tədqiqatın aparılması COVID-19 pandemiyası səbəbindən baş tutmayıb.

Hazırda tədqiqatın 2021-2023-cü illərdə keçirilməsi nəzərdə tutulan VI raundu təşkil olunur və Azərbaycan da daxil olmaqla 40-a yaxın ölkə bu tədqiqatda iştirak edir. Hər iştirakçı öz ölkəsi üzrə 6-9 yaşlı uşaqlar arasında sorğu məlumatlarını toplamalıdır. Tədqiqat ÜST-nin metodologiyaları, beynəlxalq koordinasiyası və dəstəyi ilə həyata keçirilir. 

COSI tədqiqatı Azərbaycanda ilk dəfə Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən Təhsil Nazirliyi ilə əməkdaşlıq edərək, ÜST-nin dəstəyi ilə bu il ilin aprel-may aylarında keçiriləcək.

 

Şəkillərlə burada tanış olmaq olar.