“Narkotiksiz gələcək” mövzusunda seminar keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • 31 may – Ümumdünya Tütünsüz Günü qeyd olunub
  • Ahıl şəxslər üçün profilaktik tibbi müayinələr təşkil olunub
  • 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib
  • “Sağlam uşaq” mobil tətbiqi uşaqların sağlamlığı ilə bağlı faydalı məlumatlar əldə etməyə imkan verir
  • Ümumdünya Diabetlə Mübarizə Gününə həsr edilmiş tədbir təşkil olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) STEPS metodologiyası əsasında ölkəmizdə sorğu-tədqiqat həyata keçirilir.
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Suraxanıda “Sağlam ailə – sağlam gələcək” mövzusunda tədbir keçirilib
  • Zərərli vərdişlərə qarşı maarifləndirici aksiya keçirilib
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi İllik Hesabat-2024 buraxılışını təqdim edib

XƏBƏRLƏR bütün xəbərlər

2 DEKABR 2021

“Narkotiksiz gələcək” mövzusunda seminar keçirildi

Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin (RUGİM) təşkilatçılığı və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) birgə əməkdaşlığı ilə 1 dekabr 2021-ci il tarixdə “Narkotiksiz gələcək” mövzusunda seminar keçirildi.

RUGİM-in mütəxəssisləri, dərnək rəhbərləri və dərnək üzvlərinin iştirakı ilə keçirilən seminarı giriş sözü ilə Mərkəzin direktoru Firuzə Sultan-zadə açaraq, gənc nəslin zərərli vərdişlərdən qorunmasında maarifləndirici tədbirlərin rolunu vurğuladı. Mərkəzin direktor müavini Lalə Dadaşova çıxış edərək, narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək və narkomanlığın fəsadları haqqında məktəblilərdə düzgün təsəvvürün formalaşması məqsədlə təlim-tərbiyə işlərinin təşkilinə aid hazırlanmış metodiki tövsiyələri nəzərə çatdırdı. İSİM-in Layihələrin əlaqələndirilməsi şöbəsinin müdir müavini Ülkər Camalova təqdimatla çıxış edərək bildirdi ki, narkotiklərin, psixotrop maddələrin və onların prekursorlarının insan sağlamlığına mənfi təsiri barədə uşaq və gənclərin məlumatlandırılması vacib məsələdir. O,  problemin sosial-psixoloji aspektləri, zərərli vərdişlərin acı nəticələri barədə ətraflı məlumat verdi, uşaq və yeniyetmələr arasında zərərli vərdişlərin qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlərin həyata keçirilməsində həkimlərin, valideynlərin, psixoloqların, müəllimlərin, hüquq-mühafizə işçilərinin birgə fəaliyyətininn əhəmiyyətini vurğuladı.    

Seminar iştirakçıları tərəfindən səmərəli fikir mübadiləsi aparıldı, innovativ təlim metodlarından istifadə etməklə orta məktəb şagirdləri arasında narkotiklərə meyilliliyin qarşısının alınmasında təlim-tərbiyə işinin əsas istiqamətlərini və maarifləndirmə tədbirlərinin əhatəsinin genişləndirilməsi imkanları geniş müzakirə edildi.