İlkin səhiyyə işçiləri üçün körpə və erkən yaşlı yenidoğulmuşlara göstərilən xidmətlər üzrə təlim keçirilir | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Şirvan şəhərində 14 İyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş tədbir və qanvermə aksiyası keçirilib
  • Xətai rayonu 2 saylı uşaq poliklinikasında Ümumdünya İmmunlaşdırma Həftəsi çərçivəsində tədbirlər təşkil olunub
  • Ahıl şəxslər üçün profilaktik tibbi müayinələr təşkil olunub
  • Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş sərgi və tədbir keçirilib
  • 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib
  • “Sağlam uşaq” mobil tətbiqi uşaqların sağlamlığı ilə bağlı faydalı məlumatlar əldə etməyə imkan verir
  • Ümumdünya Diabetlə Mübarizə Gününə həsr edilmiş tədbir təşkil olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) STEPS metodologiyası əsasında ölkəmizdə sorğu-tədqiqat həyata keçirilir.
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Suraxanıda “Sağlam ailə – sağlam gələcək” mövzusunda tədbir keçirilib

XƏBƏRLƏR bütün xəbərlər

16 İYUN 2021

İlkin səhiyyə işçiləri üçün körpə və erkən yaşlı yenidoğulmuşlara göstərilən xidmətlər üzrə təlim keçirilir

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən BMT-nin Uşaq Fondunun  (UNICEF) dəstəyi ilə 

ilkin səhiyyə işçiləri üçün körpə və yenidoğulmuşlara göstərilən xidmətlər üzrə təlim keçirilir. Təlimin I hissəsi 18-21 may, II hissəsi 31 may-5 iyun tarixdə təşkil olunub, növbəti hissələrin isə 16-17 iyun və 21-25 iyun tarixdə keçirilməsi nəzərdə tutulub.

Təlim Samaxı şəhərində ilkin səhiyyə səviyyəsində çalışan pediatr, ailə həkimləri və patronaj tibb bacıları üçün təşkil olunub.  Erkən uşaqlıq dövrü, patronaj tibb bacısının yeni rolu, uşaqlarda ikişafın dəstəklənməsi və izlənilməsi, valideynlik etmə və uşaqların inkişafına qayğı, fərqli inkişaf edən uşaqlar (əlilliyi və inkişaf geriliyi olan uşaqlar), uşağa qarşı sevgi – valideynlərlə iş və s. mövzular üzrə iştirakçılara geniş və ətraflı məlumatlar verilir. Təlimdə həmçinin, uşaqlıq dövrü xəstəlikləri – öskürək və ya çətinləşən nəfəsalma, ishal, qızdırma, pis qidalanma və anemiya, o cümlədən sağlam uşaqlara düzgün qulluq, körpə və erkən yaşlı uşaqların qidalanması kimi məsələlərə dair məlumatlar təqdim olunur, bu barədəfikir mübadiləsi aparılır və iştirakçıların sualları cavablandırılır.

Təlimin məqsədi ilkin səhiyyə xidmətlərində çalışan tibb işçilərinin bilik və bacarıqların təkmilləşdirilməsidir. Təşkil olunan və iştirakçılar tərəfindən maraqla qarşılanan təlim təcrübəli həkim-mütəxəssislər Nigar Hacıyeva, Sənubər Vəliyeva, Təranə Seyidməmmədova və Rübabə Quliyevatərəfindən aparılır.

Qeyd edək ki, bu təlim Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası tərəfindən akkreditasiya olunub və 51 Davamlı Tibbi Təhsil kredit balı ilə dəyərləndirilib