II Beynəlxalq Autizm “ABA” Azərbaycan konfransı keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil tətbiqlər
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu

XƏBƏRLƏR bütün xəbərlər

3 APREL 2021

II Beynəlxalq Autizm “ABA” Azərbaycan konfransı keçirildi

 

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Heydər Əliyev Fondu, Heydər Əliyev Mərkəzi, “Regional İnkişaf” İctimai Birliyi (RİİB) və “Birgə və Sağlam”İctimai Birliyinin təşkilatçılığı ilə 2-3 aprel 2021-ci ildə II Beynəlxalq Autizm “ABA Azərbaycan konfransı keçirildi.
BP Azərbaycan və tərəfdaşları, İctimai Səhiyyə və İslahatlar Mərkəzi və Sosial Xidmətlər Agentliyinin tərəfdaşı olduğu onlayn konfransda dünyanın müxtəlif ölkələrindən tanınmış mütəxəssislər, müvafiq dövlət qurumları və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak etdilər

Azərbaycan Respublikasının səhiyyə nazirinin müavini Rahim Əliyev açılış mərasimində çıxış edərək bildirdi kibütün dünyada, o cümlədən ölkəmizdə martın 29-dan aprelin 4-nə kimi Ümumdünya Autizm Maarifləndirmə Həftəsi qeyd edilir və  bütövlükdə aprel ayı autizm haqqında maarifləndirməyə həsr olunur. R.Əliyev bu maarifləndirilmə tədbirlərinin əsas məqsədinin əhalini, xüsusən gənc ailələri autizm haqqında daha ətraflı məlumatlandırmaq olduğunu vurğuladı: “Autizm əlamətlərinin erkən yaşlarda aşkarlanması və müalicəyə cəlb olunması böyük əhəmiyyət daşıyır. Erkən müdaxilə autizm əlamətləri olan insanlara qabiliyyətlərini artırmağa, istedadlarını aşkarlamağa və onlara potensiallarından düzgün istifadə etməyə imkan yaradır.

Konfransda iştirak edən hökumət və qeyri-hökumət nümayəndələrinin çıxışlarında qeyd olundu ki, autizm spektr pozuntularına ildən-ilə daha çox rast gəlinməsi bu sahədə daha geniş maariflənməni və cəmiyyətin bütün təbəqələrinin bu işdə fəallığını zəruri edir.

İkigünlük konfransda dünyanın müxtəlif ölkələrindən tanınmış mütəxəssis və ekspertlərin autizm spektr pozuntuları olan şəxslərdə müxtəlif bacarıqların inkişafını təmin edən “ABA (Tətbiqi Davranış Analizi) terapiya üsulu ilə bağlı məruzələri dinlənildivə iştirakçıların sulları cavablandırıl. Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası tərəfindən akkreditasiya olunan konfransda iştirak edən həkimlər 14 DTT kredit balı ilə ilə qiymətləndirildi.

Qeyd edək ki, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Bakı 2012-ci ildən etibarən “Mavi işıqla işıqlandır” aksiyasını həyata keçirmək üçün dünyanın digər şəhərlərinə qoşulub. Autizm xəstəliyi haqqında insanların məlumatını artırmağa yönəldilmiş bu aksiya Bakıda hər il daha geniş qeyd edilir və şəhərimizin bir neçə memarlıq abidəsi mavi rənglə işıqlandırılır.