Səhiyyə Nazirliyinin nümayəndəsi COVID-19 pandemiyası üzrə keçirilən virtual beynəlxalq konfransda çıxış etdi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • 31 may – Ümumdünya Tütünsüz Günü qeyd olunub
  • Ahıl şəxslər üçün profilaktik tibbi müayinələr təşkil olunub
  • 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib
  • “Sağlam uşaq” mobil tətbiqi uşaqların sağlamlığı ilə bağlı faydalı məlumatlar əldə etməyə imkan verir
  • Ümumdünya Diabetlə Mübarizə Gününə həsr edilmiş tədbir təşkil olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) STEPS metodologiyası əsasında ölkəmizdə sorğu-tədqiqat həyata keçirilir.
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Suraxanıda “Sağlam ailə – sağlam gələcək” mövzusunda tədbir keçirilib
  • Zərərli vərdişlərə qarşı maarifləndirici aksiya keçirilib
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi İllik Hesabat-2024 buraxılışını təqdim edib

XƏBƏRLƏR bütün xəbərlər

11 İYUN 2020

Səhiyyə Nazirliyinin nümayəndəsi COVID-19 pandemiyası üzrə keçirilən virtual beynəlxalq konfransda çıxış etdi

10-11 iyun 2020-ci il tarixdə COVID-19 böhranının qarşısını alınması və həll edilməsi məqsədilə ən məqsədəuyğun vasitələri beynəlxalq səviyyədə müzakirə etmək üçün Bosniya - Hersoqovina hökumətinin Rəqəmsal Transformasiya prosesi mövzusunda ikigünlük virtual beynəlxlaq konfrans keçirildi.

Qeyd olunan beynəlxalq konfransda müxtəlif ölkələrin, o cümlədən - Azərbaycan, Böyük Britaniya, Estoniya, Banqladeş, Gürcüstan və bir sıra digər ölkələrin nümayəndələri iştirak etdilər.

Bu sahədə ən uğurlu təcrübələrin mübadiləsi məqsədi ilə keçirilən konfransda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin müdiri Nabil Seyidov iştirak etdi. O, "Səhiyyə sistemində elektronlaşmanın təşviqində COVİD-19 pandemiyasının təsiri və rolu" mövzusunda çıxış etdi. Konfransda çıxış zamanı mövzu ilə əlaqədar olaraq N.Seyidov tərəfindən Azərbaycanda Elektron Səhiyyənin inkişafına COVID-19 pandemiyasının təkan verməsi haqqında ətraflı məlumat digər konfrans iştirakçılarının nəzərinə çatdırdı. O, çıxışında korononavirusa özünü yoxla üzrə chatbot, həkimlər üçün “MD reference” elektron virtual təlimlər portalının yaradılması və digər layihələr barədə ölkəmizin təcrübəsini paylaşdı.

Konfransda həmçinin digər ölkələrin nümayəndələri tərəfindən COVID-19 böhranında rəqəmsal texnologiyanın rolu və əhəmiyyəti, ictimai səhiyyə sahəsində fəaliyyət göstərən məsul şəxslərin bilik və bacarıqlarının inkişaf etdirilməsi, böhran dövrlərində elektron səhiyyənin rolu mövzularında çıxışlar oldu və konfrans iştirakçıları arasında qarşılıqlı müzakirələr aparıldı. Həmçinin Banqladeşdə COVID -19 pandemiyasının qarşısını almaq üçün atılan addımlar, Qərbi Balkanlarda COVID-19 ilə mübarizədə rəqəmsal texnologiya sahəsində həll yolları və müxtəlif yanaşmalar üzrə, həmçinin Serb Respublikası və digər ölkələrin hökümətləri tərəfindən bu sahədə rəqəmsal texnolgiya üzrə görülən işlər barədə ətraflı məlumat təqdim edildi.