3 MART 2020
Kopenhagen şəhərində “Erkən yaş dövründə olan uşaqların inkişafı” üzrə Məsləhətləşmə iclası keçirilib
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regionu Bürosu Danimarkanın Kopenhagen şəhərində 25-26 fevral 2020-cu il tarixdə “Erkən yaş dövründə olan uşaqların inkişafı” üzrə üzv ölkələrin Məsləhətləşmə iclasını keçirib.
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Tibbi keyfiyyət standartları şöbəsinin müdiri Şəhla İsmayılova iclasda iştirak edib. ÜST-nin Avropa Regionu üzrə üzv ölkələrin ikigünlük Məsləhətləşmə iclasında təmsil olunan 16 ölkənin nümayəndələri tərəfindən uşaqların inkişafında olan problemlərin erkən yaş dövründə aşkarlanması məsələləri üzrə fikir mübadiləsi aparılıb, ölkələrdə olan problemlər haqqında məlumat verilib. Həmçinin “Erkən yaş dövründə olan uşaqların inkişafı üzrə Avropa siyasətinin əsasları” adlı sənəd müzakirə olunub. Bu sənədlə bağlı əvvəlcədən göndərilən fikirlərə (formulyar) verilən rəy və təkliflərə dair konsensus əldə edilib.
Şəkillərlə burada tanış olmaq olar.