• “Qeyri-infeksion xəstəliklərin yükü və mübarizə strategiyaları” mövzusunda II Milli Konfrans keçirildi
  • Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin nümayəndələri Qazaxıstan Respublikasında işgüzar səfərdə olublar
  • Azərbaycanda XIX Beynəlxalq Gənclər Forumu keçirilir
  • İncəsənət xadimləri, KİV nümayəndələrinin iştirakı ilə “Hər günün tütünsüz olsun!” mövzusunda dəyirmi masa keçirildi
  • İSİM-in nümayəndələri Türkmənistanda keçirilən Ümumdünya Səhiyyə Təşkilatının konfransında iştirak etdilər
  • Azərbaycanda tütünlə mübarizə sahəsində dövlət-özəl sektor tərəfdaşlığının əhəmiyyətinə həsr olunmuş dəyirmi masa keçirildi
  • “Tütündən imtina et” mobil aplikasiyasının təqdimatına və Azərbaycanda tütünlə mübarizə qanunvericiliyinin təkmilləşdirilməsinə həsr olunmuş dəyirmi masa keçirildi
  • İSİM-də “Səhiyyə sistemində islahatların idarə edilməsi. Səhiyyə iqtisadiyyatı”mövzusu üzrə təlim təşkil olundu
  • Sübutlara Əsaslanan Tibbi Təlimatlar (Evidence-Based Medicine Guidelines) - www.ebmg.az portalının açılışı oldu
  • “Hemofiliyada multidissiplinar yanaşma” mövzusunda elmi-praktik seminar keçirildi

XƏBƏRLƏR bütün xəbərlər

17 YANVAR 2020

20 Yanvar – Azərbaycan xalqının rəşadət, qətiyyət və qəhrəmanlıq tarixidir

Bakıda 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə totalitar kommunist rejimi tərəfindən törədilmiş hərbi təcavüz nəticəsində dinc əhaliyə divan tutulması insanlığa qarşı ən ağır cinayətlərdən biri kimi bəşər tarixinə qara hərflərlə yazıldı. Yüzlərlə insanın qətlə yetirilməsi, yaralanması və itkin düşməsi totalitar sovet rejiminin cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.

17 yanvar 2020-ci il tarixdə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) 20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr edilmiş tədbirdə qanlı hadisənin günahsız qurbanlarının xatirəsi ehtiramla yad olundu.

İSİM-in direktoru Qəhrəman Haqverdiyev çıxış edərək bildirdi ki, Azərbaycan xalqı amansızlıqla həyata keçirilmiş bu qəddar cinayətdən nəinki qorxdu, əksinə, azadlığı, suverenliyi uğrunda daha inamla mübarizə apardı: “Həmin gün çətin sınağa çəkilən xalqımız 1990-cı ilin 20 Yanvarını həm faciə, həm də qəhrəmanlıq səhifəsi kimi yaşadı. Müasir, müstəqil Azərbaycan Respublikası Qara Yanvar hadisələrində şəhid olan soydaşlarımızın öz canlarını əbəs yerə qurban vermədiklərinə ən parlaq sübutdur”.

Səhiyyə Nazirliyinin Mətbuat katibi Pərviz Abubəkirov  müstəqillik yolunda digər xalqların da oxşar faciələr yaşadığını, amma 1990-cı ildə Azərbaycanda törədilən qırğının daha amansız və geniş miqyaslı olduğunu söylədi: “Təəssüflər olsun ki, dünyada hələ də qərəzli, ikili standartlar hökm sürür və 20 Yanvar facisəi barədə bütün həqiqətlər bəşəriyyətə bu gün də geniş açıqlanmır, bəzi ölkələr və beynəlxalq təşkilatlar hələ də susmağa üstünlük verməkdədirlər”.

İSİM-in Kadrlar şöbəsinin müdiri Aris Rüstəmov vurğuladı ki, 20 Yanvar – öz torpağının müdafiəsinə qalxmış, ədalətsizliyə qarşı haqq səsini ucaltmış, güclü və məkrli düşmənlə üzbəüz qalmış dinc, əliyalın insanların rəşadət, qətiyyət və qəhrəmanlıq tarixidir.

Qanlı yanvar hadisələrində səhiyyə işçilərinin şücaəti, fədakarlığı ilə bağlı xatirələrini bölüşən İSİM-in Tibbi keyfiyyət standartları şöbəsinin həkim-metodisti Gülşən Həsənova bildirdi ki, faciə xalqımızı yumruq kimi birləşdirdi: “Ulu öndər Heydər Əliyevin çəkinmədən Moskvada SSRİ rəhbərliyini törətdiyi qanlı cinayətə görə qətiyyətlə ittiham etməsi hər birimizi ürəkləndirdi, məkrli düşməni isə sarsıtdı. Azərbaycan rəhbərliyinə qayıdışdan sonra Heydər Əliyevin təşəbbüsü və iradəsi ilə 1994-cu ildə 20 Yanvar hadisələrinə siyasi qiymət verildi”.

İSİM-in psixoloqu Aysel Musayeva 20 Yanvar şəhidlərinin yeni nəsil üçün qəhrəmanlıq, Vətənə sədaqət rəmzi olduğunu diqqətə çatdırdı: “Onlar unudulmur və bu qəhrəmanlıq gənclərimizdə iradə, qorxmazlıq, doğma torpaq uğrunda hər an şücaətlə döyüşə atılmaq kimi keyfiyyətlərin təşəkkül tapmasında böyük rol oynayır”.

Azadlığa can atan xalqımızın mübarizliyini nümayiş etdirən 20 Yanvar hadisələri iştirakçılara təqdim edilən video-çarxda bir daha yad olundu.

Faciənin günahsız qurbanlarını ehtiramla anan İSİM-in əməkdaşları 20 Yanvar şəhidlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək, önünə əklil və güllər qoydular.

Şəkillərlə burada tanış olmaq olar.