Spirtli içkilərə dair sübutlara əsaslanan nəzarət siyasətinin həyata keçirilməsinin təkmilləşdirməsi məsələləri üzrə seminar keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • 31 may – Ümumdünya Tütünsüz Günü qeyd olunub
  • Ahıl şəxslər üçün profilaktik tibbi müayinələr təşkil olunub
  • 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib
  • “Sağlam uşaq” mobil tətbiqi uşaqların sağlamlığı ilə bağlı faydalı məlumatlar əldə etməyə imkan verir
  • Ümumdünya Diabetlə Mübarizə Gününə həsr edilmiş tədbir təşkil olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) STEPS metodologiyası əsasında ölkəmizdə sorğu-tədqiqat həyata keçirilir.
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Suraxanıda “Sağlam ailə – sağlam gələcək” mövzusunda tədbir keçirilib
  • Zərərli vərdişlərə qarşı maarifləndirici aksiya keçirilib
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi İllik Hesabat-2024 buraxılışını təqdim edib

XƏBƏRLƏR bütün xəbərlər

6 DEKABR 2019

Spirtli içkilərə dair sübutlara əsaslanan nəzarət siyasətinin həyata keçirilməsinin təkmilləşdirməsi məsələləri üzrə seminar keçirildi

Ümümdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun təşkilatçılığı ilə 4-5 dekabr 2019-cu il tarixdə Rusiya Federasiyasının Moskva şəhərində spirtli içkilərə dair sübutlara əsaslanan nəzarət siyasətinin həyata keçirilməsinin təkmilləşdirməsi məsələləri üzrə seminar keçirildi.

ÜST-nin Avropa regionu ölkələrinin nümayəndələrinin iştrakı ilə keçirilən seminarın məqsədi alkoqollu içkilərin satışı, marketinq və reklamı ilə bağlı məsələləri nəzərdən keçirmək, sərxoş vəziyyətdə avtomobilin idarə olunmasının qarşısını almaq, spirtli içkilərdən istifadədə əlçatanlığın təmin olunmasını azaltmaq istiqamətində qanunvericiliyi gücləndirmək, vergiləri artırmaq və  mövcud çətinlikləri müzakirə edərək cavab tədbirləri görmək idi.

Seminarda Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktor müavini Rahib Məmmədov və İctimai səhiyyə şöbəsinin müdiri Tofiq Musayev iştirak etdilər. Azərbaycanda alkoqola nəzarət siyasətinin həyata keçirilməsi mövzusunda geniş təqdimatla çıxış edən Tofiq Musayev ölkəmizdə spirtli içkilərlə bağlı mövcud olan statistik məlumatları nəzərər çatdırdı və zərərli vərdişlərin qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verdi.

Seminarda qeyd olundu ki, ÜST-nin Avropa regionu ölkələrində adambaşına düşən spirt istehlakı yüksək səviyyədə (ildə 9,8 litr təmiz spirt) olaraq qalır.  Spritli içkilərlə əlaqədar yaranan xəstəliklər və ölüm halları regionda qlobal miqyasda özünü göstərməkdədir. Belə ki, bütün ölüm hallarının 10,1%-i alkoqoldan istifadə nəticəsində baş verir.  Seminarda bildirildi ki, ən çox narahatlıq doğuran məqam Avropa ölkələrində gənclərin spirtli içkilərin təsirindən yaranan xəstəliklərdən əziyyət çəkməsidir: 20-24 yaş qrupundan olan gənc ölümlərin hər dördüncüsü alkoqol qəbulundan baş verir. ÜST-nin Avropa bölgəsində alkoqollu içkilərlə bağlı vəziyyətin statistikası göstərdi ki, spirtli içkilərdən ölənlərin ən yüksək faizi Belorus, Moldova, Rusiya Federasiyası və Ukraynanın payına düşür.  Digər tərəfdən, Qafqaz və Orta Asiya ölkələrində alkoqol səbəbindən ölüm hallarının artdığı müşahidə olunur.

Seminarın yekun günü qrup müzakirələri və iştirakçılar arasında təcrübə mübadiləsi aparıldı və gələcək planları əks etdirən müvafiq materiallar təqdim olundu.

Şəkillərlə burada tanış olmaq olar.