Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin nümayəndələri Qazaxıstan Respublikasında işgüzar səfərdə olublar | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • 31 may – Ümumdünya Tütünsüz Günü qeyd olunub
  • Ahıl şəxslər üçün profilaktik tibbi müayinələr təşkil olunub
  • 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib
  • “Sağlam uşaq” mobil tətbiqi uşaqların sağlamlığı ilə bağlı faydalı məlumatlar əldə etməyə imkan verir
  • Ümumdünya Diabetlə Mübarizə Gününə həsr edilmiş tədbir təşkil olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) STEPS metodologiyası əsasında ölkəmizdə sorğu-tədqiqat həyata keçirilir.
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Suraxanıda “Sağlam ailə – sağlam gələcək” mövzusunda tədbir keçirilib
  • Zərərli vərdişlərə qarşı maarifləndirici aksiya keçirilib
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi İllik Hesabat-2024 buraxılışını təqdim edib

XƏBƏRLƏR bütün xəbərlər

25 OKTYABR 2019

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin nümayəndələri Qazaxıstan Respublikasında işgüzar səfərdə olublar

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Qəhrəman Haqverdiyev və Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin müdiri Nabil Seyidov 22-25 oktyabr 2019-cu il tarixdə Qazaxıstan Respublikasında işgüzar səfərdə olub.

Onlar Nur-Sultan şəhərində keçirilən “Digital Health 2.0” beynəlxalq sərgi və strateji əməkdaşlıq mövzusunda təşkil edilən konfrans çərçivəsində Qazaxıstanın bir sıra aparıcı tibb müəssisələrinin fəaliyyəti ilə yaxından tanış olaraq, əməkdaşlarla görüşüblər. Qazaxıstan Respublikasında səhiyyə sisteminin islahatı və inkişafı üzrə dövlət proqramlarına elmi-metodiki dəstək göstərən Səhiyyənin İnkişafı üzrə Respublika Mərkəzində görüş zamanı tərəflər arasında keçən il imzalanan əməkdaşlıq memorandumu çərçivəsində tibb sahəsində elektron standartların yaradılması, tibb müəssisələrinin akkreditasiyası, tibb menecmenti və səhiyyənin digər vacib sahələrində əməkdaşlıq etmək barədə razılıq əldə olunub.

Respublika Müstəqil İmtahan Mərkəzində keçirilən görüş də səmərəli olub və tərəflər arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsinə dair sənəd imzalanıb. Bu əməkdaşlıq çərçivəsində Qazaxıstan  mütəxəssisləri tibb işçilərinin imtahanı üçün test suallarının hazırlanması, onlara sertifikatların verilməsi və simulyasiya mərkəzlərinin yaradılması sahəsində təcrübələrini bölüşəcəklər.

Daha əvvəl əməkdaşlıq haqqında sazişin imzalandığı Milli İctimai Səhiyyə Mərkəzinin rəhbərliyi ilə görüş zamanı səmərəli fikir mübadiləsi aparılıb, qeyri-infeksion xəstəliklərə qarşı mübarizə və sağlam həyat tərzinin təbliği istiqamətində görülən işlərdən danışılıb, bu sahədəki innovativ yeniliklərin effektivliyi müzakirə olunub.

Azərbaycanlı nümayəndələr səfər müddətində, həmçinin, xəstəliklərin profilaktikası və sağlamlığın qorunmasına dair müxtəlif tədbirlərdə, beynəlxalq mütəxəssislərin iştirakı ilə keçirilən təlimlərdə, tibbi startaplar müsabiqəsində iştirak ediblər. Burada keçirilən görüşlər zamanı hazırda dünya səhiyyəsində sürətli inkişaf dövrünü yaşayan rəqəmsal tibb, o cümlədən tibbi informasiya, innovasiya sistemləri və qabaqcıl texnologiya şirkətləri ilə qarşılıqlı əməkdaşlıq barədə səmərəli fikir mübadiləsi aparılıb.

Şəkillərlə burada tanış olmaq olar.