3 nömrəli Bakı Peşə Məktəbində ana südü ilə qidalandırmanın vacibliyinə həsr olunmuş tədbir keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • 31 may – Ümumdünya Tütünsüz Günü qeyd olunub
  • Ahıl şəxslər üçün profilaktik tibbi müayinələr təşkil olunub
  • 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib
  • “Sağlam uşaq” mobil tətbiqi uşaqların sağlamlığı ilə bağlı faydalı məlumatlar əldə etməyə imkan verir
  • Ümumdünya Diabetlə Mübarizə Gününə həsr edilmiş tədbir təşkil olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) STEPS metodologiyası əsasında ölkəmizdə sorğu-tədqiqat həyata keçirilir.
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Suraxanıda “Sağlam ailə – sağlam gələcək” mövzusunda tədbir keçirilib
  • Zərərli vərdişlərə qarşı maarifləndirici aksiya keçirilib
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi İllik Hesabat-2024 buraxılışını təqdim edib

XƏBƏRLƏR bütün xəbərlər

4 OKTYABR 2019

3 nömrəli Bakı Peşə Məktəbində ana südü ilə qidalandırmanın vacibliyinə həsr olunmuş tədbir keçirildi

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) “Azərbaycanda ana südü ilə qidalandırma” həftəsi maarifləndirici tədbirlər həyata keçiririr. Növbəti belə tədbir  4 oktyabr 2019-cu il tarixdə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) dəstəyi ilə İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin 3 nömrəli Bakı Peşə Məktəbində təşkil olundu.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə Problemləri şöbəsinin müdir müavini Kamila Əliyeva tədbiri giriş sözü ilə açaraq bildirdi ki, ana südü ilə qidalandırmanın üstünlükləri barədə tibbi maarifləndirmə işinin aparılması əhalinin, xüsusilə də gənc nəslin sağlamlığının qorunmasında böyük rol oynayır.

İSİM-in Səhiyyə siyasəti və islahatlar şöbəsinin müdiri Şəhla Mirzəzadə gələcəyin anaları olan gənc qızlardan ibarət auditoriya qarşısında geniş təqdimatla çıxış edərək, körpələrin sağlam böyüməsində və inkişafında ana südünün əvəzsiz faydalarından söz açdı. O bildirdi ki, ana südü ilə qidalandırma körpələrin həyata ilk günlərdən sağlam başlamasının əsasını təşkil edir: “Ana südü körpələrin həyatının ilk 6 ayında xüsusilə böyük əhəmiyyət daşıyır. Ana südündə uşağın həyatının ilk 6 ayının bütün tələblərinə cavab verən zülal, yağ, karbohidrat, ferment, vitamin və mineral maddələrin tərkibi ideal surətdə balanslaşdırılıb”.  Mütəxəssis iştirakçıların diqqətinə çatdırdı ki, ana südü ilə qidalandırma uşaqlar arasında ölümə səbəb olan ishal və pnevmoniya kimi halların qarşısının alınmasına kömək edir, eyni zamanda körpələrini əmizdirən analarda isə qadınlar arasında ən çox ölümə səbəb olan yumurtalıq və döş xərçəngi kimi xəstəliklərin riski azalır.

Yekunda auditoriyanı maraqlandıran suallar cavablandırıldı və iştirakçılara İSİM tərəfindən hazırlanmış maarifləndirici materiallar paylanıldı.