27 İYUN 2019
İSİM-in nümayəndəsi Moskva şəhərində keçirilən “Onkoloji yardımın təşkili və maliyyələşdirilməsi. Ən yaxşı dünya təcrübələri” mövzusunda dəyirmi masada iştirak etdi
27 iyun 2019-cu il tarixdə Moskva şəhərində “Onkoloji yardımın təşkili və maliyyələşdirilməsi. Ən yaxşı dünya təcrübələri” mövzusunda dəyirmi masa təşkil olundu.
Ümumdünya Səhiyyə Təşkilatının, Rusiya Federasiyası Səhiyyə Nazirliyinin nümayəndələri, elmi-ekspert cəmiyyəti və əczaçılıq şirkətlərinin təmsilçiləri, o cümlədən MDB ölkələrinin ictimai səhiyyə sahəsində çalışan mütəxəssisləri dəyirmi masada iştirak edirdilər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin mütəxəssisi Nabil Seyidov da iştirakçılar arasında idi.
Tədbirdə onkoloji xəstəliklərin erkən diaqnozu və müayinəsi, onkologiya sahəsində çalışan həkim və tibb bacılarının hazırlığının artırılması, dövlət-özəl tibb müəssisələrinin əməkdaşlığı üzrə xarici təcrübənin nəzərdən keçirilməsi, onkoloji xəstələrin müalicəsində özəl tibb müəssisələrinin rolu və bu sahədə mütəmadi aparılan elmi-tədqiqat işləri barədə çıxışlar dinlənildi, fikir mübadiləsi aparıldı.
Yekunda yerli, regional və beynəlxalq təcübələri paylaşmaq məqsədilə P4H sessiyası çərçivəsində panel müzakirələri oldu və hesabatlar təqdim edildi.