II Milli Ortopedik Simpozium keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

27 İYUN 2019

II Milli Ortopedik Simpozium keçirildi

27 iyun 2019-cu il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində  II Milli Ortopedik Simpozium keçirildi. Simpozium İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və “Hemofiliyalı xəstələr” İctimai Birliyinin təşkilatçılığı,  Dünya Hemofiliya Federasiyasının dəstəyi ilə təşkil olundu.

Simpoziumun təşkilində əsas məqsəd – hemofiliyanın əsas və yayılmış fəsadlarından olan hərəkət- dayaq sisteminin patalogiyası, əzələ atrofiyasnın qarşısının alınmasında dünya ortopedləri ilə təcrübə mübadiləsi aparmaq, bu sahədə birgə əməkdaşlığı inkişaf etdirməkdir.

Simpoziumu giriş sözü ilə İSİM-in direktoru Qəhrəman Haqverdiyev açaraq bildirdi ki, hemofiliyalı xəstələrə göstərilən tibbi yardımın daha da təkmilləşdirilməsi məsələsi daim aktualdır: “İnsan qanında bəzi laxtalanma faktorlarının irsən çatışmazlığı nəticəsində əmələ gələn hemofiliya xəstəliyi dünyada geniş yayılıb. Bu irsi xəstəlikdən əziyyət çəkən insanlar ölkəmizdə dövlət qayğısı ilə əhatə olunur, onların  müalicəsi istiqamətində mühüm tədbirlər görülür”. Səhiyyə Nazirliyinin Elmi-Praktik Hemofiliya Mərkəzinin rəhbəri, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun  Hematologiya kafedrasının müdiri Elmira Qədimova bu sahədə statistik rəqəmləri iştirakçıların diqqətinə çatdırdı: “Bu gün digər inkişaf etmiş ölkələrdə olduğu kimi, Azərbaycanda da hemofiliyalı xəstələr ev, stasionar və ambulator şəraitlərdə müalicə alırlar. Hazırda ölkəmizdə dispanser qeydiyyatında olan 1-5 yaş arası hemofiliyalı xəstələrin sayı 90, 5-15 yaş arası 244, 15 yaşdan yuxarı 1287 nəfərdir.  Göründüyü kimi, hazırda ölkəmizdə qeydiyyatda olan hemofiliyalı xəstələrin təkcə 21%-ni azyaşlı uşaqlar təşkil edir”. Dünya Hemofiliya Fedeasiyasının Avropa və Mərkəzi Asiya üzrə direktoru Yulian Tzolov simpoziumun təşkilatçılarına öz təşəkkürünü bildirdi: “Əsası 1964-cü ildə qoyulan federasiyamız 1969-cu ildə Ümumdünya Səhiyyə Təşkilatı  tərəfindən tanınıb. Bugunkü simpozium Federasiyamız başda olmaqla beynəlxalq və  yerli təşkilatlar arasında özünəməxsus və effektiv müalicə metodlarının, kompleks yanaşmaların müzakirəsi və beynəlxalq səviyyədə sıx əlaqələrin qurulması istiqamətində boyük əhəmiyyət daşıyır”. Səhiyyə Nazirliyinin baş hemotoloqu Çingiz Əsədov,  “Hemofiliyalı xəstələr” İctimai Birliyinin sədri Gülnarə Hüseynova ölkəmizdə hemofiliyalı xəstələrə dövlət tərəfindən lazımi diqqət və qayğı göstərildiyini vurğuladılar.

Simpoziumda yerli mütəxəssislərlə bərabər, Rusiyanın Hematoloji Elmi Mərkəzinin koaqulopatiyalar üzrə elmi-konsultativ şöbəsinin müdiri Nadejda Zozulia, Qırğızstan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya və Hematoloji Mərkəzinin koordinatori Timur Narbekov,  Budapeşt şəhərində Kompleks Hemofiliya Müalicə Mərkəzinin ortoped cərrahı Lajos Bartha, Macarıstan Semmelveis Universitetinin  Ortopediya bölümünün dosenti George Kocsis, Özbəkistan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Hematologiya və Qanköçürmə İnstitutunun direktor müavini Aziza Mahmudova hemofiliyalı xəstələrin yeni müalicə metodları haqqında məruzə ilə çıxış etdilər, mövzu ətrafında səmərəli fikir mübadiləsi aparıldı.

Qeyd edək ki, Azərbaycanda ilk dəfə Ortopedik Simpozium 2008-ci ildə Dünya Hemofiliya Federasiyasının dəstəyi ilə Azərbaycan Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzində GAP Proqramı çərçivəsində keçrilib.

Şəkillərlə burada tanış olmaq olar.