Səhiyyə sahəsində yeni mərkəzin yaradılması nəzərdə tutulur | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

7 SENTYABR 2006

Səhiyyə sahəsində yeni mərkəzin yaradılması nəzərdə tutulur

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nəzdində İctimai Səhiyyə və İslahatlar Mərkəzinin yaradılması nəzərdə tutulur. Səhiyyə Nazirliyindən verilən məlumata görə, yeni Mərkəz Respublika Ailə Sağlamlıq Mərkəzinin əsasında yaradılacaq.

İctimai Səhiyyə və İslahatlar Mərkəzinin yaradılmasında əsas məqsəd respublikada səhiyyə proqramlarının izlənib hazırlanması və tətbiqi sahəsində əsas istiqamətlərin müəyyənləşdirilməsi, islahatların tibb müəssisələrində tənzimlənməsi, idarəetmə sisteminin təkmilləşdirilməsi, səhiyyənin maliyyələşməsi sahəsində islahatların aparılmasının metodik əsaslandırılması kimi məsələləri həyata keçirməkdir.

Eyni zamanda, əhaliyə tibbi xidmətin təşkilində və bu xidmətlərin müasir beynəlxalq standartlar çərçivəsində qurulmasına və islahatların aparılmasına dair dövlət siyasətinin müəyyənləşdirilməsində, Respublika əhəmiyyətli tibb müəssisələrinin fəaliyyt dairəsi ilə bağlı məsələlərin qanunvericiliklə müəyyən edilmiş qaydada tənzimlənməsində iştirak etmək Mərkəzin əsas funksiyalarındandır. Yeni Mərkəzin əsas vəzifələrindən biri əhalinin sağlamlığının qorunması işinin təşkili, ailə təbabəti konsepsiyası ilə bağlı məsələlərin həllində zəruri təşkilatı tədbirlərin həyata keçirilməsi, metodik tövsiyələrin hazırlanması, səhiyyədə islahatların aparılması ilə əlaqədar təkliflərin hazırlanmasıdır. Bununla yanaşı İctimai Səhiyyə və İslahatlar Mərkəzinin qarşısında ailə təbabətinə dair proqramın hazırlanması, sağlam həyat tərzinin təbliği kimi vacib məsələlər durur.

Habelə Mərkəz tibbi personalın ixtisasının artırılmasında da əhəmiyyətli işlər görəcək. Belə ki, İctimai Səhiyyə və İslahatlar Mərkəzi ümumi həkim təcrübəsi işinin təkmilləşdirilməsi ilə əlaqədar prinsiplərin işlənməsi, islahatlar dövründə tibbi kadrların hazırlanması üzrə proqramların hazırlanmasında iştirak etmək, onların peşəkarlıq səviyyəsinin yüksəldilməsinə əməli yardımın göstərilməsi, treninq və metodik sənədlərin hazırlanması və nəşri kimi vəzifələri həyata keçirəcək.