İSİM-in nümayəndələri I Beynəlxalq Uşaq Konqresində iştirak etdilər | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • 31 may – Ümumdünya Tütünsüz Günü qeyd olunub
  • Ahıl şəxslər üçün profilaktik tibbi müayinələr təşkil olunub
  • 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib
  • “Sağlam uşaq” mobil tətbiqi uşaqların sağlamlığı ilə bağlı faydalı məlumatlar əldə etməyə imkan verir
  • Ümumdünya Diabetlə Mübarizə Gününə həsr edilmiş tədbir təşkil olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) STEPS metodologiyası əsasında ölkəmizdə sorğu-tədqiqat həyata keçirilir.
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Suraxanıda “Sağlam ailə – sağlam gələcək” mövzusunda tədbir keçirilib
  • Zərərli vərdişlərə qarşı maarifləndirici aksiya keçirilib
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi İllik Hesabat-2024 buraxılışını təqdim edib

XƏBƏRLƏR bütün xəbərlər

11 DEKABR 2018

İSİM-in nümayəndələri I Beynəlxalq Uşaq Konqresində iştirak etdilər

5-9 dekabr 2018-ci il tarixdə Türkiyənin Samsun şəhərində I Beynəlxalq Uşaq Konqresi keçirildi.  “E-journal of Law” və Marconi Universiteti tərəfindən təşkil edilən konqresdə müxtəlif ölkələrdən həkim-mütəxəssis, alim, hüquqşünas və pedaqoqlar iştirak edirdilər. Konqresin təşkil olunmasında əsas məqsəd uşaqların hüquqlarının qorunması və təmin edilməsi üsullarının müzakirə edilməsi idi.

Konqresdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə və Səhiyyə siyasəti və islahatlar şöbəsinin müdiri Şəhla Mirzəzadə iştirak etdilər. İSİM-in nümayəndələri "Uşaq sağlamlığı sahəsində Azərbaycan təcrübəsi və uşaq sağlamlığının qorunmasında valideyn məlumatlandırılmasının əhəmiyyəti" mövzusunda təqdimatla çıxış edərək, ölkəmizdə uşaqların hüquqlarının qorunması və təbliğ olunması istiqamətində mühüm işlər görüldüyünü vurğulayıblar. Sessiyalarda həmçinin digər ölkələrin nümayəndələrinin “Yeniyetmələrdə smartfonlardan asılılıq”, “Məktəbin uşaq və valideyn üzərində təsirləri, “Yenidoğulmuşlarla işləyən tibb bacıları üçün innovativ yeniliklər”,”Uşaq hüquqları”, “Miqrant uşaqların sağlamlığının qorunması” və digər mövzularda təqdimatları dinlənildi, mövzu ətrafında səmərəli fikir mübadiləsi aparıldı.